Xalq artisti, tanınmış aktyor Ramiz Əzizbəyli bu gün Türkiyəyə yola düşüb. Aktyor qardaş ölkədə müayinə və müalicə olunacaq.

Bu barədə aktyorun qızı Xədicə Əzizbəyli açıqlama verib.

"Atam müayinə üçün Türkiyəyə gedib. Anam da onunla bir yerdədir. Hələlik, hansı xəstəxanada müalicə alacağını deyə bilmərəm. Müayinə və analizlərin cavabından sonra atamın vəziyyəti barədə nəsə demək mümkün olacaq”.

Bəs görəsən xalq artisti əməliyyat olunacaqmı? Bu suala Xədicə xanımın cavabı belə oldu:

"Yox, əməliyyat olunmayacaq, çünki bu, onun həyatı üçün təhlükəlidir. Bilirsiniz ki, o, insultdan əziyyət çəkir. Əl və ayaqlarının işləməsi üçün müalicəyə ehtiyacı var. Sadəcə olaraq, fizioterapiya keçmək üçün Türkiyəyə gedir. Hələ təyyarə İstanbula enməyib. İnşallah, atam sağalar”.

Xatırladaq ki, Ramiz Əzizbəyli bir neçə ildir ki, insultdan əziyyət çəkir və evdə həkim nəzarəti altında müalicə olunur. Onun qardaş ölkədəki müalicə xərclərini Türkiyənin məşhur tibb şirkətlərindən biri öz üzərinə götürüb.//yenicag.az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300