sitename

Bu gecə ilk Qədr gecəsidir. İslami hədislərə əsasən, Ramazan ayının 19, 21 və 23-ü gecələri Qədr gecələri sayılır. Bu üç gecənin birində müqəddəs Qurani-Kərim nazil olub. Qurani-Kərimdə buyurulur: "Həqiqətən biz onu (Quranı) Qədr gecəsi nazil etdik!"

Axar.az xəbər verir ki, bu gecədə Quranın başa qoyulması ənənəsi də var.

İlahiyyatçı Bəhruz Camal Musavat.com-a açıqlamasında Qədr gecəsinin insanların mənəvi oyanışına xidmət etdiyini deyib: "Qədr gecələrinin həm müştərək, həm də xüsusi əməlləri var. Bəzi müştərək əməllər var ki, ona bütün Qədr gecələrində əməl olunur. Bir də hər bir Qədr gecəsinin özünün xüsusi əməlləri var. Ümumi müştərək əməllərdən biri budur ki, Qədr gecəsində Quran başa qoyulur və xüsusi bir dua var, o dua oxunur. Camaat arasında bu dua "Bikə" ya "Allah duası" kimi məşhurdur. Bu, "İlahi, sənə and veririk" anlamındadır. Qədr gecəsinin əsas mahiyyəti bu günün Quranın nazil olduğu günə təsadüf etməsidir. Bəzi hədislərdə qeyd edilir ki, Quran məhz Qədr gecəsində nazil olub. Bu Quran ayəsində də var. Quranı başımıza qoyaraq onu uca tutub, onu qarşılamaq anlamı daşıyırıq. Yəni öz özlüyündə bundan böyük məna kəsb eləmir. Amma mahiyyət etibarı ilə insanın bədən üzvləri arasında ən uca yeri başdır. İnsanlar ən uca bədən üzvünü Quranın altında tutmaqla insanlar demək istəyir ki, İlahi mənim bədənimdən də uca olan sənin bu səmavi kitabın başımız, gözümüz üzərindədir. Düzdür, mahiyyət etibarı ilə Quranı başa qoymaq heç də onun mahiyyətini dərk etmək anlamında deyil. Əslində ən gözəl əməl həmin gecədə Quranı oxuyub, orada deyilənlərə əməl etmək, Quranın dedikləri ilə yaşamaqdır. Amma Quranı başa qoymağın bir ritual, ayin kimi heç bir mənfi tərəfləri də yoxdur. Bu sadəcə olaraq Quranı uca tutmaq mənasındadır. Qədr gecəsinin əməllərindən biri də həmin gecə insan oyaq qalaraq, ibadətlə məşğul olmasıdır. Amma burada söhbət maddi oyaqlıqdan getmir. Söhbət qəlbin oyaqlığından gedir. Qədr gecələrində insanlar bacardıqları qədər qəlblərini oyaq saxlamalıdır. Əsas olan odur ki, insan bu gecənin mahiyyətini, böyüklüyünü dərk etsin və qəlbi oyaq qalsın. Qədr gecələrində qəlblərini oyaq saxlamağa çalışsınlar ki, o ilahi xeyirdən, mərhəmətdən oyanan qəlbləri günahdan, fəsaddan gələn Ramazan ayına qədər çəkinsin. Ən böyük mahiyyət bundan ibarətdir. Bəzi qaydaların, ritualların icrası öz yerində, amma mahiyyət etibarı ilə Qədr gecəsi insanların mənəvi oyanışına xidmət edir. Əsas məsələ Qədr gecələrində insanın özünü dərk etməsidir ki, Allahın Quranı nazil etdiyi bu əzəmətli gecədə bu kitabın məntiqi, təqdim etdiyi yaşayış tərzi ilə yaşamağı özünə aşılasın".

B.Camal Qədr gecələrinin Ramazan ayının son 10 günlüyünə təsadüf etdiyini bildirib: "Qədr gecəsinin Ramazan ayının son on günlüyünə düşməsi ilə bağlı hədislər müxtəlifdir. Bəzi hədislərdə qeyd olunur ki, Ramazan ayının son on günlüyünə təsadüf edir. Ən çox təcrid olunan hədislərdə həmin qeyd edilən 3 gündür. Bəzi hədislərdə Ramazan ayının 27-ci gününə işarə var ki, həmin günə düşür. Allah Qədr gecəsini ona görə gizli saxladı ki, insanlar Ramazan ayının hər gününə diqqət göstərsinlər və hər gün Qədr gecəsini gözlədikləri kimi Ramazan ayının hər gecəsində günahlardan çəkinməyə, Allahla niyaza, tövbəyə həsr etsinlər".

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300