sitename

Bu gün Səbail Rayon Məhkəməsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin "Azadlıq" qəzetinin azadliq.info, "Azadlıq" radiosunun azadliq.org, "Turan” telekanalı ("TuranTV”), "Azərbaycan saatı” teleproqramlarının (azerbaycansaati.com) və meydan.tv saytlarının bloklanması ilə bağlı mülki iddiası əsasında məhkəmə iclası keçirilib.

Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Nurəddin Bağırov sədrlik edib.

Məhkəmə iclasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Bəxtiyar Məmmədli bildirib ki, baş prokuror Zakir Qaralovun imzası ilə martın 27-də nazirliyə məktub daxil olub. Məktubda göstərilib ki, sözügedən saytlarda ölkənin konstitusion quruluşunun zorla dəyişdirilməsinə, destruktiv hərəkətlərə çağırış, radikal dini qrupların təbliğinə yönəlmiş materiallar yayımlanır: "Həmin materiallar dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yaratdığına görə tədbir görülməsi istənilib”.

Mayın 27-də Baş Prokurorluqdan gələn məktuba saytlarda gedən konkret məqalələr də əlavə olunub.

B.Məmmədli məqalələrin surətini saytların nümayəndələrinə təqdim edib. Saytların maraqlarını təmsil edən vəkillər heç bir hüquqi təsdiqi olmayan vərəqlərin sübut kimi qəbul olunmasına etiraz ediblər.

Vəkillərin suallarına cavab olaraq Bəxtiyar Məmmədli bildirib ki, nazirlik Baş Prokurorluğun gəldiyi nəticə ilə razılaşıb, özü əlavə heç bir araşdırma aparmayıb, prokurorluğun əsaslandırması ilə kifayətləniblər. "Azadliq.info"nun nümayəndəsi, vəkil Cavad Cavadov linqvistik ekspertizanın təyin olunması, həmçinin prokurorluğun da üçüncü tərəf qismində prosesə cəlb olunması haqda qərar qəbul edilməsini istəyib.

Hakim N.Bağırov bildirib ki, həm linqvistik ekspertiza, həm də prokurorluğun prosesə cəlb olunması məsələsinə növbəti məhkəmə iclasında baxılacaq.

Növbəti məhkəmə iclası mayın 3-nə təyin olunub.

Qeyd edək ki, adı çəkilən saytların bloklanması barədə Mərkəz mülki iddia ilə bir müddət əvvəl məhkəməyə müraciət edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300