sitename

İran prezidentinin etniklər və dini azlıqların işi üzrə özəl köməkçisi, axund Əli Yunisi aprelin 11-də jurnalistlərə açıqlamasında ölkədə milli və dini azlıqlarla bağlı yaşanan böhrandan və bu probemin həlli yollarından danışıb.

 

Yunisi bildirib ki, ölkədə milli və dini azlıqların problemi, prezident Həsən Ruhaninin irəli sürdüyü "vətəndaş hüquqları” bəyannaməsinin və bu xüsusda cəmiyyətdə aparılan dialoqun tədricən oturuşmuş hala gəlməsi ilə öz-özünə həll ediləcək: "Ruhaninin ortaya qoyduğu bu bəyannamənin və ondan irəli gələn dialoqun, ölkədə milli birliyin möhkəmlənməsində böyük rolu var. Mən, bu vəzifədə çalışdığım müddətdə etniklər və onların tələbləri ilə bağlı üzərimə düşən vəzifəmi yerinə yetirmişəm. Mənim ən mühüm nailiyyətlərimdən biri isə, prezidentin "vətəndaş hüquqları” ilə bağlı irəli sürdüyü dialoqu cəmiyyətdə və insanlar arasında yaymaq və bu barədə mövcud bəzi nigarançılıqları aradan qaldırmaqdır.

 

Hesab edirəm ki, hökumətin etniklərlə bağlı diqqət mərkəzində saxlamalı olduğu mövzulardan biri dil məsələsidir. Bəzi işlər var ki, əgər vaxtında yerinə yetirilməsə, etnik xarakteri ala, problemə çevrilə bilər. Buna misal isə, ölkənin bəzi əyalətlərində olan yoxsulluq və məhrumiyyətlərdir. Bu məhrumiyyətlərin etnik və ya məzhəb məsələsinə aidiyyəti yoxdur. Lakin aradan qaldırılmalı, bəhanə, etnik qrupların fəallarının əlindən alınmalıdır. Düşmənlər, bu fürsətdən istifadə etməyə çalışırlar. Bunun isə qarşısı vaxtında alınmalıdır.

Kürdlər, həqiqətən mədəni insanlardır. Misal üçün, ən yaxşı incəsənət xadimləri onlar arasında yetişib. Əgər onlara diqqət artırılsa, kürdlər ölkənin milli mədəniyyətinin yüksəlişində daha təsirli rol oynaya bilərlər. Kürdlər bütün sahələrdə çıxış etməli, parıldamalıdırlar. Biz isə, Kürdüstanı terrorçular əyaləti yox, mədəniyyət mərkəzi sayılan bir vilayət kimi təqdim etməli, tanıtdırmalıyıq. Regionda isə, harda bir kürd var, demək ki, orda bir iranlı var. Bunu biz qəbul etməliyik.

Bizim milli kimliyimizin əsas özəyini kürdlər və "azəri”lər təşkil edir. Mən, hər şeyin lokallaşdırılmasının kəskin əleyhinəyəm. Misal üçün Kürdüstan, Bəlucistan, İlam və məhrumiyyət içində olan bu kimi əyalətlərdə universitet tikilməsi düzgün addımdır. Lakin bu məsələ lokallaşdırılmamalıdır. Lokallaşdırma tam səhv bir siyasətdir. Mən, etnik mənsubiyyəti əsasında fraksiya yaradılmasına da qarşıyam. Əlbəttə, yerli və bölgəsəl fraksiyaların təşkilində irad yoxdur. Bizdə, həqiqətən də ayrı-seçkilik yoxdur. Əgər bu gün Kürdüstana və ya Bəlucistana həssaslıqla yanaşılırsa, bu, onların kürd və ya bəluc olmasına görə deyil.

Azərbaycana isə gəldikdə, hesab edirəm ki, bu əyalətdə bir neçə iş görülməlidir. Bu işlərdən biri, fars dilini bilməyən azərbaycanlı uşaqlara bu dili öyrətməkdir. Prezident Ruhani də bu barədə göstəriş verib və bunun üçün büdcə də sərf olunub ki, məktəbə qədərki mərhələdə, "azəridilli” uşaqlara fars dili öyrədilsin və bu problem öz həllini tapsın. Ümumiyyətlə, məktəblərdə azəridilli şagirlərə türk dili (Azərbaycan türkcəsi nəzərdə tutulur-red) öyrədilməsinin (tədrisin-red) mənası yoxdur. Çünki onlar, öz ana dillərini yaxşı bilir və bu dildə sərbəst şəkildə danışa da bilirlər. Elə buna görə də düşünürəm ki, bu dil (Ana dili-red) tədris olunacaqsa, yalnız universitetlərdə olmalıdır”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300