sitename

Bu şəkil bu gün İsveçin paytaxtı Stokholmda çəkilib.Şəkildə gördüyünüz kişi İsveç parlamentinin - riksdağın sədri Urban Ahlindir.

Onun önündəki əli çəkicli oğlan isə keçmiş əməkdaşımız Rahib Kazımlının oğlu Sahibdir.

Sahib Stokholmda orta məktəbin 6-cı sinfində əla qiymətlərlə oxuyur, məktəbinin iki simvolundan biridir (o birisi isveçli qızdır), iri şəkli məktəbin əsas korpusunun foyesində vurulub.

Bu gün o və digər əlaçı şagirdlər İsveç parlamentində olub, deputatlarla, parlamentin sədri ilə görüşüblər.Urban Ahlin öz kreslosunu və ədalətli polemika rəmzi olan 140 illik çəkici Sahibə etibar edib.

Şagirdlər parlamentin plenar iclasında iştirak edərək, deputatların ölkənin problemləri ilə bağlı müzakirəsinə qulaq asıblar.

 

Rahib Kazimli adlı şəxsin şəkli.

Bu, Avropanın əksər ölkələrində, eləcə də ABŞ-a daxil olan ştatlarda bir qaydadır, şagirdləri tez-tez parlamentə aparır,onların ciddi məsələlərə dair iclaslarda müzakirələrə qulaq asmalarını təmin edirlər.

Bununla da uşaqlarda həm siyasətə,dövlət, cəmiyyət işlərinə maraq oyadırlar,onların əsl vətəndaş kimi yetişməsinə çalışırlar.

Dövlət xadimlərinin öz gələcək siyasi xələflərinə necə ehtiramla davranması spiker Urban Ahlinin fotokamera önündə verdiyi pozadan bəllidir. (musavat.com)

 

Rahib Kazimli adlı şəxsin şəkli.Rahib Kazimli adlı şəxsin şəkli.Rahib Kazimli adlı şəxsin şəkli.
Uluyol.info

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300