sitename

Mustafa Hacıbəyli

 

Bizim üçün qənaət səhər 11-də yuxudan durub 12-də nahar, 7-də şam etməkdi. Mətbəxdən çıxmamış mətbəxin işığını, hamamdan çıxmamış hamamın işığını söndürməkdi.

 

Kombidə minimal istilik rejimlərini seçməkdi. İsti su ola-ola, soyuq su ilə qabları yumaqdı. Üzümüzü qırxdığımız vaxt hamamda 7 dəfə suyu açıb-bağlamaqdı.

 

Bir toyuğu iki yerə bölüb sümüklü yerlərindən sup, ətli yerlərindən sous bişirməkdi. Qapımızın ağzında ərzak dükanları olduğu halda, kilometrlərlə yol basıb ərzaq yarmarkalarına getmək, hətta göyərti alanda belə satıcı ilə qiyməti bazarlaşmaqdı. Tox olduğumuz halda belə uşağımızın qabağından qalanı atmağa qıymayıb, onu yeməkdi.

 

Toylara getməmək üçün min bəhanə tapmaq, ehsan məclislərinin isə heç birini buraxmamaqdı.

 

Köhnə ayaqqabıları təmir etmək, bozarmış paltarları rənglətməkdi. Çarəsiz toya getdikdə, toy paltarı seçmək üçün dükana, dərziyə yox, qohuma, qonşuya ağız açmaqdı.

 

Qısa yol üçün avtobusa minməyib piyada getməkdi…

 

Böhran hamıya təsir edib, indi hakimiyyətdə olanlar, vəzifə tutanlar, vəzifədəkilərə rüşvət vermək və yaltaqlanmaq hesabına biznesdə mövqe tutanlar da qənaət rejiminə keçiblər. Amma onlar üçün qənaətin xüsusiyyətləri başqadı:

 

Onlar üçün qənaət, istifadədən sonra masada qalan kokaini kartla siyirib, yenidən paketə tökməkdi. Xarici ölkələrdə keçirilən tətillərin büdcəsini azaltmaqdı. 2-3 il əvvəl aldıqları maşınlarla kifayətlənməkdi. Qarderobu əvvəlki kimi hər ay yox, hər fəsildə yeniləməkdi.

 

Onlardan daha yüksək vəzifədə olanların ailə üzvlərinin ad günlərində verilən hədiyyələrin qiymətini, daş-qaşların sayını azaltmaqdı.

 

Evdəki aşpazların, xadimələrin bir hissəsini ixtisara salmaqdı. Qalan xadimələrin evdən gedərkən əlində nəsə aparıb-aparmadıqlarına nəzarət təşkil etməkdi. Villa tikən briqadanın pulunu kəsməkdir.

 

İndi onlar məşuqələrinin də sayını, büdcəsini azaldırlar. Deyir, hamınızın tanıdığı bir məmurun gizli məcarasından xəbər tutan xanımı, onu sədaqət baxımından yox, qənaət baxımından bu sevdadan vaz keçməyə vadar edə bilib. Deyib ki, yeni məşuqənin yükünü çəkə bilmərik, ondansa mən bir məşuq tapım, artıq qəpik-quruşun ailə büdcəmizə ziyanı olmaz…

 

Qənaət budur.


 

Bastainfo.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300