sitename

Kamran Ədalət

 

Keçdiyimiz günlərdə qardaş ölkə Türkiyənin İstanbul və Kayseri şəhərlərində törədilən terror aktları, ardınca Rusiya səfiri Andrey Karlovun sui-qəsd nəticəsində öldürülməsi bu ölkənin açıq hədəfə çevrildiyini bir daha ortaya qoydu.

Bu olaylar öz mövqeyindən dönməyən rəsmi Ankaraya, Ərdoğan iqtidarına növbəti mesaj idi. Yenə fövqəlgüclər dünyanın ədalətsiz, ikili standartları ilə barışmayan, yeni qanlı dünya nizamını əngəlləyən Osmanlının varisini tarix səhnəsindən silməyə cəhd edirlər, desək yanılmarıq.

Əbəs yerə deyildi ki, Avropa Parlamentinin üzvlük müzakirələrini dondurması, ardınca Türkiyə rəsmilərinin bu qurumun ünvanına sərt tənqidlər səsləndirməsi artıq tərəflər arasında münasibətləri xeyli tarıma çəkmişdi. Üstəlik də Ərdoğanın bir müddət əvvəl dollardan imtina çağırışı şübhəsiz Qərb dairələrini ciddi şəkildə silkələdi. Belə olan halda Avropa Birliyi bütün bu proseslərə səssiz qalmaya bilməzdi və qalmadı da.

Son dövlər baş verən olaylar da elə bunun əyani sübutudur.

Səfir Andrey Karlova sui-qəsd həyata keçirən polis məmurunun FETÖ şəbəkəsi ilə əlaqəsinin üzə çıxması artıq bir çox mətləblərdən xəbər verir. Heç kəsə sirr deyil ki, bu şəbəkə Qərbdən maliyyələşən, elə Qərbin tapşırıqlarını həyata keçirən və maşa rolunu oynayan bir təşkilatdır.

Ötən ilin noyabrında Rusiyaya məxsus Su-24 təyyarəsinin Türkiyə F-16-ları tərəfindən hədəf alınması da FETÖ-nun "əməyi”nin nəticəsi idi. Hərçənd ki, ilk vaxtlarda bu faktor bilinməsə də, sonradan Ərdoğan və onun şəxsində bir sıra türk rəsmiləri bu olayda Gülən dairələrinin əli olduğunu vurğuladılar. Məlum şəbəkə bununla Rusiya-Türkiyə münasibətlərini gərginləşdirmək, hər iki dövləti müharibəyə belə cəlb etməkdən çəkinmədi.

Doğrudur, Su-24 olayından keçən təxminən yarım il ərzində Rusiya və Türkiyə iqtisadiyyatına dəyəri milyardlarla ölçülən ziyan dəydi. Rəsmi Moskvanın ardıcıl olaraq Ankaraya sanksiyalar tətbiq etməsi ilə Qərb müəyyən dərəcədə öz istəyinə nail oldu və Türkiyə bir növ iqtisadi blokadaya alındı.

Lakin bütün proseslər fonunda Prezident İlham Əliyevin qardaş ölkəyə öz yardım əlini uzatması, daha dəqiq desək, Mərkəzi Asiyaya gedəcək olan Türkiyə TIR-larının Azərbaycandan aşağı rüsumla keçməsinə izn verməsi bu sanksiyalara və oyunlara qarşı atılan ən güclü addımlardan biri idi.

Aylar sonra Ərdoğanın Putinə üzrxahlıq məktubu göndərməsi də məhz Qazaxıstan və Azərbaycan prezidentlərinin xüsusi səyləri və vasitəçiliyi ilə baş tutmuşdu.

Ancaq Rusiya-Türkiyə münasibətlərinin nizamlanması və geosiyasi arenada ortaq mövqedən çıxış etmək üçün cəhdlərin birləşdirilməsi Qərbin daha böyük hücumlarına səbəb olmaqdadır. 40 ildir ki, Türkiyənin mübarizə apardığı PKK üzvlərinin artıq dağlardan enərək şəhər və iri yaşayış sahələrində təxribatlar törətməsi bu genişmiqyaslı hücumun hansı müstəviyə keçdiyini təsəvvür etməyə imkan verir...

Bu, üzdə və bəlli olanlardır. Bəlli olmayan isə proseslərin sonrakı inkişafı, günü-gündən gərginləşən münasibətlərin nəticələridir.

Məlum məsələdir ki, türk xalqının dəstəklədiyi Ərdoğan hakimiyyəti və onun komandası öz mövqeyindən, haqq yolundan dönən deyil. Qərb isə Türkiyəni özünə tabe etdirmək cəhdlərindən və onu zəif bir oyuncaq dövlətinə çevirmə istəyindən dönməyəcək...

(axar.az)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300