sitename

Məhsəti Şərif

Bir il əvvəl Azərbaycanda idim. Uzun fasilədən sonra getmişdim. Bakıda gəzdiyim ilk günlər içimdə qəribə hiss vardı… Bakı çox dəyişmişdi. Yollar, körpülər, yeni metro stansiyaları... Gecələri də hər zaman oldugu kimi al-əlvandı... Amma qəribə sönüklük vardı, xüsusilə insanaların üzündə. Metroda gözü ayaqqabısının ucuna dikilmiş, rəngi fikirdən qaralmış, dırnaqları yarısına qədər yeyilmiş sarsilmış kişilər, baxımlı olmağa çalışan, amma içindəki  tədirginlik üzünə yansıyan qadınlar... O zaman Bakı mənə rəngli, insanları ağ-qara gəlmişdi. Gözümdə belə canlanırdı. Kimsənin üzündə məmnunluq ifadəsi görmədim, kimdən halını soruşdum, bir ton giley-güzar eşitdim. Həkimi, müəllimi, jurnalisti, mühasibi, fəhləsi, tələbəsi hər birinin ayrı gileyi... 

Orda olanda dollar sürətlə üzüyuxarı üzməyə başlamışdı. Dollar üzdükcə, insanlar ayaqda süzülürdü. Banka borcu olan intihar etdi, bank işçilərinin telefon zənglərindən insanlar telefonalarına baxmaqdan qorxdu. Dollara güvənib borc alanlar, iş quranlar dollarla bərabər üzdülər. Amma əksinə - üzüaşağı…

Dollar hələ də üzür, onunla bərabər suya girənlər çoxdan batıb... Mən əhalinin ayağını yorğanına görə uzadan təbəqəsindən danışıram. Hətta yorğan ayaqlarına çox uzun gəlir bu insanların. Çünki onlar yataqlarında yayılıb yata bilmirlər. Ayaqlarını qarınlarına yığıb səhərin açılmaması üçün dua edirlər. Səhər açılacaq, borc günü gələcək, qazpulu, işıqpulu, çörəkpulu və... siyahını uzatdıqca, uzadacağımız xeyli qayğı… 

Ona görə yoxsul insanların yorğanları ayaqlarından çox uzun olur. İnsanlar onsuz da yoxsul yaşayır, bundan sonrası yaşamamaqdı. Amma xalq yoxsul yaşamağa alışmamalıdır. Bu düşüncənin nəticəsi çox ağır ola bilər. Yoxsulluğa alışanlar ələbaxımlı olar, ac qarın düşünməz, aqressiv davranar, ac başı istənilən yerə çəkmək olar. O üzdən xalqı yaşamaga alışdırın!.. 
Qazın, işığın pulunu artırdınız, yaxşı etdiniz. İnsanların etirazı, düşüncəsi Tarif Şurasını maraqlandırmamalıdır. Tarif Şurasının işi hesablamaq və dövlətin "cibini" doldurmaqdı. Amma xalqı yoxsulluqla barışdırma cəhdi elə dövlətə ziyan vurmaqdır. Xalqın hesabına qazanılan pulları niyə bankı dolu məmurlar yeməlidir? Xalqın ayağıyla yorğanını ölçənlər, yoxsulluğa alışdıranlar düşünürmü bu xalqın həkimi pul qazanmaq üçün rüşvət alır, müəllimi yaşamaq üçün rüşvət alır, tibb bacısi əl açıb xəstədən çörəkpulu istəyir, jurnalisti bu aydan o biri aya borcla keçir, maaşını almaq, iş tapmaq üçün susmağa məhkum olur, fəhləsi gündəlik qarın toxluğuna işləyir, insanlar ailələrini dolandırmaq üçün qururlarına yenik düşür... 

Heç düşüdünüzmü insanlar niyə bu qədər giley-güzar edir? Hə, cənab "yorğan sırıyan” deputatlarımız, nazirlərimiz, arada bir xalqdan olun. Məsələn, müəllim olun 200 manata işləyin. Həkim  olun 250 manatla, ya da tibb bacısı olun 107 manatla yaşayın. Poçtalyon olun 150 manat alın... Polis olun 400 manata övlad böyüdün... Amma rüşvət almadan olun. Olun və ayağınızı yorğanınza görə uzadın, baxaq görək sizdən nə olur... //modern.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300