sitename

Ötən günlərdə Urmiyədə keçirilən kitab sərgisinin "Nimaj” nəşriyyat evi kimi bəzi bölümləri, təbliğ posterlərində "Qərbi Azərbaycan Vilayəti”ni təhrif edərək "Urmiyə Vilayəti” kimi təqdim ediblər. Bu təhrif azərbaycanlıların kəskin etirazına səbəb olub, artıq Urmiyənin millət vəkili Nadir Qazipur da məsələyə münasibət bildirib.

"Uzun müddətdir Azərbaycanın and içmiş düşmənləri müxtəlif fitnələr yaradaraq Azərbaycanın pak torpağı və onun əhalisinin təəssübkeşliyini hədəfə alıblar. Hər yerdə və bütün tribunalarda cəsarətlə bildirmişik ki, bura İslami İranın Azərbaycanıdır və hər kəs ona yan baxarsa, gözlərini çıxardarıq. Mehdi Bakirilər və Əminilərin yurdunda bəziləri şübhəli sözlər danışır, hansıki bu ölkənin və bu bölgənin and içmiş düşmənləri, uzun illərdir onu bacara bilməyiblər”- deyə milət vəkili yaydığı Bəyanatın bir hissəsində qeyd edib.

N.Qazipur həmçinin 1980-cı illərdə kürd yaraqlılarının Urmiyəyə hücumuna da işarə edib. "1980-ci il oktyabrın 11-də dağılmış Demokrat partiyası Urmiyəyə hücum etdi. O zaman mən də bir bəsic (yarımsilahlı könüllü hökumət tərəfdarları belə adlanır) kimi şəhid Mehdi və Həmid Bakirinin yanında İslami İran Azərbaycanının daxili düşmənlərinə qarşı mübarizə apardıq. Həmin hadisədə biz 22 şəhid verdik, xalqın düşmənləri isə 150 itki verdi. Biz yenə də nə qədər ki, canımızda can var, belə fitnələrin qarşısında dayanacayıq. Ona görə ki, heç kimin İslami İran Azərbaycanınına yan baxa bilməz”- deyə o vurğulayıb.

N.Qazipurun verdiyi mesajın sonunda belə qeyd olunur: "Bu diyarın düşmənləri bilsinlər. Bura İran İslam Cümhuriyyəti, Qərbi Azərbaycan və Urmiyə şəhəridir. Hər kəs "Urmiyə Vilayəti” və s. kimi məsələlərdən danışarsa, Qəhrəman Azərbaycan əhalisinin kəskin cavabı ilə qarşılaşacaq və 1980-cı il oktyabrın 11-i kimi ayaqlar altında əziləcək. Azərbaycana yan baxanın gözünü çıxardarıq”.

Qeyd edək ki, "Urmiyə Kitab Sərgisi”nin keçirildiyi zaman Tehranın "Nimaj” nəşriyyat evi "Qərbi Azərbaycan Vilayəti”ni təhrif edərək, onu "Urmiyə Vilayəti” adlandırmışdır, buna etiraz edən azərbaycanlı jurnalist isə qarşı tərəfin hücumuna məruz qalıb və təhqir edilmişdir. Soydaşlarımızın kəskin etirazı nəticəsində artıq "Nimaj” nəşriyyat evi azərbaycanlılardan üzr istəməyə məcbur olub.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300