sitename
Bakıda yenə də bəzi supermarketlər alıcıları aldadır. Satılan malların üstündəki qiymətlərlə kassalarda alıcılardan tələb edilən məbləğ arasında fərqlər müşahidə edilir.


BAKU.WS-in məlumatına görə, redaksiyamıza daxil olan şikayətə əsasən Həsənoğlu 4 ünvanında yerləşən "Neptun Market”də malların vitirindəki qiymətlərilə kassaya vurulan qiymətlər arasında fərqlər olduğu bildirilir. Maraqlıdır ki, həmin fərqlər alıcıların ziyanınadır.
 
Qeyd edək ki, "Neptun Market”lə bağlı daha bir şikayət Şəmsi Bədəlbəyli küçəsindəki filialdan gəlib. Həmin ünvanın müştərilərindən biri marketdə satılan yeməklərin üzərində milçəklərin qaynaşdığını bildirib. Şikayətçinin sözlərinə görə, marketdə milçək qovan aparat quraşdırılsa da bu heç nəyi dəyişmir. Vətəndaş bir-neçə dəfə bununla bağlı şikayət etsə də vəziyyətin eyni qaldığını deyir.   

Xatırladaq ki, bundan öncə də eyni problemlərlə bağlı ətraflı məlumatlar verilmişdi. "Favorit” və digər marketlərdə belə halların olduğu barədə məlumatlar vermişdik.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300