ABŞ-ın Yaxın Şərq və Türkiyə  üzrə mütəxəssisi, əski  Pentaqon əməkdaşı, Obama administrasiyasının "danışan dili" kimi  tanınan  Mixael Rubin Türkiyədə ordunun dövlət çevrilişi etmək ehtimalının güclü olduğunu deyib.

Avropa.info  xəbər verir ki, Rubin, "American Enterprise Institute" internet saytında nəşr olunan yazısında  hazırda Türkiyədəki vəziyyətin  "acınacaqlı" olduğunu,, vəziyyətin  daha  da "pisləşdiyini" bildirib.

Türkiyədəki  problemin yalnız yeni terror olmadığını deyən Rubin , ölkə iqtisadiyyatında da problemlərin (?) olduğunu qeyd edib. Onun iddiasına görə, Türkiyədə turizm sektoru zəifləyib, vətəndaşların alıcılıq qabiliyyəti mənfi istiqamətə doğru gedir və bütün bunların səbəbkarı da Türkiyə prezidenti  Ərdoğandır.

Prezident Rəcəb Tayip Ərdoğanın "idarə edilməkdən"  çıxdığını söyləyən Rubin, Türkiyənin dövlət başçısını "dəli sultan" adlandırıb.

"Müxalifləri həbsə atır, mətbuata təzyiq edir və "dəli sultan"  saraylar inşa etdirir" deyə ABŞ hökumətinin "danışan dili" Türkiyənin dövlət başçısını təhqir edib. 

Ərdoğanın Konstitusiya Məhkəməsinin qərarı ilə razılaşmamağını "diktatura" adlandıran Rubin Türkiyə prezidentini "paranoy" adlandırmaqdan belə çəkinməyib.

"Onun ani romantik  addımları  Türkiyə  olduğu kimi  ölkə xaricində də qarışıqlıq yaradır. Hətta iqtidar partiyasında belə onun paranoyası haqqında pıçıldaşırlar" 

Ərdoğanın PKK ilə qarşıdurmasını da xatırladan Rubin, terror təşkilatına havadar çıxaraq Ankaranın PKK -nı məğlub etmək şansının  olmadığını yazıb.

ABŞ-ın "danışan dili" Ərdoğanın Türkiyəni "uçuruma apardığını", lakin ölkənin "qurtuluş yolunun" olduğunu da qeyd edib. Yazısının bu yerində Rubin həyasızcasına türk əsgərini  "dövlət çevrilişi"nə səsləyir. 

"Çıxış yolu birdir, Türkiyə ordusu Ərdoğanı devirərək yaxın ətrafını həbsə atmalıdır."

Onun fikirincə, "dövlət çevrilişi" baş verərsə, Obama administrasiyası buna göz yumacaq.

"Obama hökuməti  prezident seçkiləri ərəfəsində çevriliş liderlərinə qarşı tənqidi dillə danışmaz. Xüsusən də bu çevriliş ölkədə demokratiyanın bərpasına yönəlirsə. Vaşinqton 2013-cü ildə devrilən Misir prezidenti Mursi kimi Ərdoğana da kədərlənməyəcək. Həm demokratlar, həm də respublikaçılar yeni rejimlə iş birliyində olacaq. Türkiyənin çevriliş nəticəsində qurulacaq yeni hökuməti  kürdlərlə (PKK oxu:red) əməkdaşlıq edərsə, Vaşinqtonun dəstəyini qazanacaq" deyə Rubin yazısında qeyd edib

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300