Türkiyənin ötən il terrorçu Brahim Əl Bakraoinin öz istəyi ilə Hollandiyaya deportasiya etməsi Haaqa rəhbərliyini çətin vəziyyətə salıb.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, müxalifət partiyaları Prezident Rəcəb Tayyib Ərdoğanın dünən verdiyi açıqlamasının anlaşılmaz olduğunu bildirirərək hökumət tərəfindən açıqlama istəyirlər.

Bununla bağlı Hollandiyada hökumətə ən sərt reaksiya isə Türkiyə və İslam əleyhdarı siyasətləri ilə tanınan, müxalifətdə həddindən artıq sağçı Azadlıq Partiyasının (PVV) lideri Geert Wildersden gəlib.

Geert Wilders öz Twitter hesabinda Ərdoğanın açıqlamasının yer aldığı xəbəri bölüşərək "Əgər bu doğrudursa, o zaman baş nazir Rutte istefa verməlidir" fikrini dilə gətirib.

Qeyd edək ki, terrorçu Brahim Əl Bakraoin Brüssel terrorunu törədənlərdən biri hesab olunur. Buna görə də onun öz istəyi ilə ötən il Haaqaya deportasiya olunması Hollandiya hökumətini hesabat verməyə məcbur edəcək.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300