Əgər xatırlayırsızsa, müxalifətin boykot etdiyi, sönük və rəqabətsiz keçən 2008-ci ilin prezident seçkilərindən dərhal sonra mənasız bir müzakirə başlamışdı: "Növbəti-2013 ci il prezident seçkilərində əsas namizəd kim olacaq?”.

"Komissiyalar və mətbuatın əsas hissəsi hakimiyyətin nəzarətindədir”, – deyib seçkini boykot edənlərin bir hissəsi seçkidən dərhal sonra bu müzakirələrə başlamışdı.

Düşünmürəm ki, onlar seçkidə boykotun yanlış olduğunu düşündüklərindən dərhal növbəti seçkiyə hazırlaşırdılar.

Məncə, "Seçki bitdi, yaşasın seçki” şuarını da rəhbər tutmamışdılar.

Konkret şəxsə qarşı ortaya atılmış bu müzakirələrdə əsas diqqət ona yönəlmişdir ki, "artıq daha gənc namizədin zamanı gəlib”, "2013-ün namizədi gənc bir şəxs olmalıdır” tipli müzakirələrdə hətta deyənlər tapılırdı ki, "qərb daha gənc namizədin olmasını istəyir, yaşlı namizədlərə qərbdə pis baxırlar” və s. Hansı ki, həmin il ABŞ-da 72 yaşlı Jon MakKeyn seçkilərdə ən şanslı namizəd kimi çıxış edirdi.

İndi demək istədiklərim konkret hansısa şəxslə də bağlı deyil.

Zaman gəldi, il oldu 2013, seçki müzakirələri başladı, nə başladı.
Həmin "gənc namizəd” müzakirəsinin əsas müəllifləri və tərəfdarları müxalifətin ən nüfuzlu 55 yaşlı liderinə (ADAM sorğu mərkəzinin sorğusuna əsasən deyirəm) qarşı 74 yaşlı şəxsin namizədliyi üzərində qətiyyətlə durdular!

Daha yaşlı namizədin məsələsi alınmadıqdan sonra yenə də iddialı şəxslər arasından ən yaşlı namizəd üzərində dayanıldı (onu deyim ki, o zaman da , indi də yaş məsələsini mənasız saymışam).  Demək istədiyim odur ki, 5 il əvvəldən, gözlənilmədən başlanmış müzakirə sonda belə yekunlaşmışdı.

İndi də bu kimi mənasız və əhəmiyyətsiz müzakirələrə ara-sıra rast gəlirik. Hiss olunan odur ki, bu kimi müzakirələrin mənasız və zərərli olduğunu dərk etməyənlər hələ də qalmaqdadır.

"Yaşlılar getməlidir”, "gənclər gəlməlidir” tipli fikirləri ara-sıra siz də eşidirsiz. Görünən odur ki, proseslər və zaman bir çoxlarına dərs olmur. Nəyin zərərli, nəyin tez, nəyin etik olmadığını qəbul etməyənlərə konkret təcrübələrdən misal gətirməkdə fayda olduğunu düşünürəm.

Ümid edirəm ki, hal-hazırda ABŞ-dakı seçki yarışını izləyənər demək istədiklərimi səmimi qəbul edəcəklər.

Əsas namizədlərin yaşlarına fikir verək, xanım Klinton-67 yaş, Berni Sanders-75 yaş, Donald Tramp-70 yaş.

Trampın əsas rəqibi Ted Cruzdan hələ eşidən olubmu ki, desin, – mən gəncəm, respublikaçıların namizədi də, elə prezident də mən olmalıyam?

Heç Hillari Klintona qarşı "2008-də seçki yarışına qatılmışdın da, gördük” deyən də yoxdur. Çünkü özünə hörmət edən şəxslər və cəmiyyətlər bu kimi ifadələri nə normal təfəkkürün məhsulu, nə də doğru davranış hesab etmirlər. Hətta bir-biri haqqında ən sərt sözlər işlədən namizədlər "sən yaşlısan, mən gəncəm, ona görə mən olmalıyam” demirlər.

İndi namizəd olan 46 yaşlı Ted Kruz kimi peşakar seçki mütəxəssisi (Corc Buşun seçki kampaniyasından başlayaraq respublikaçıların əsas seçki peşəkarından biri hesab olunur) təcrübəli siyasətçi bilir ki, əgər o, 70 yaşlı rəqibinin daha yaşlı olduğunu əks təbliğatda istifadə edərsə, bu, onun özünə qarşı işləyər, öz nüfuzu dərhal aşağı düşər. Ona aydındır ki, belə bir ifadə onun rəqibindən çəkindiyinin, rəqibindən daha zəif olduğunun etirafı kimi qəbul olunacaq.
Həm də ABŞ seçki tarixində Ronald Reyqan bu yaş məsələsini birdəfəlik qapadan cavabı vermişdi.

Seçki yarışında, debatda rəqibə "sən yaşlısan, qocalar evinə getməlisən” deməklə "sən uşaqsan, uşaq baxçasına get” demək arasında heç bir fərq yoxdur. Hər iki arqument güclü xanım rəqibə "sən get bozbaşını bişir” demək kimi, qeyri-etik davranışdır.

Əgər düşünmürüksə, "Demokratlar” və "Respublikaçılar” gəlib bizdən öyrənməlidirlər, o zaman Amerikadan demokratiya və seçki təcrübəsi, seçki və yarış mədəniyyəti öyrənməkdə fayda var.

Müsavat başqan müavini Səxavət Soltanlı

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300