Rayonlara gediş-gəliş, "Binə”, "Sədərək”, eləcə də "mall”ların fəaliyyətinin bərpa olunur...

 

Azərbaycanda yaxın vaxtlarda sərtləşdirilmiş karantin rejiminin bir qədər də yumşaldılması gözlənilir.

Karantin rejimi ilə əlaqədar Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarında giriş-çıxışa qoyulan qadağanlar götürüldü.

Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də bu barədə müzakirələrin aparıldığını qeyd edib: "Rayonlara gediş-gəlişin açılması müzakirə edilir. Yekun qərarla bağlı məlumat vermək hələ tezdir. Rayonlarda olan epidemioloji vəziyyət çox incəliyi ilə araşdırılır. Görünən odur ki, hətta rəsmi ezamiyyələr çərçivəsində müvafiq səfərlərin həyata keçirilməsi həmin rayonlarda yoluxma sayına təsir göstərir. Bu məqamlar araşdırılır. Rayonlar məsələsi növbəti dəfə müzakirə mövzusu ola bilər”.

Görünən odur ki, yay fəslinin başa çatması ilə insanların rayonlara axını müşahidə edilməyəcək, ona görə də qadağanın götürülməsi yoluxma sayına ciddi təsir göstərməyəcək.
Növbəti mərhələdə böyük ticarət mərkəzlərinin – "Binə”, "Sədərək”, eləcə də "mall”ların fəaliyyətinin bərpa ediləcəyi də gözlənilir.
Qeyd:Sərtləşdirilmiş karantin rejimi sentyabrın 30-dək qüvvədədir. (pavda.az)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300