Etibar Məmmədov:"Azərbaycan və Türkiyə arasında Hərbi İttifaq Sazişinin imzalanması vacibdir”

 

 

Məlum olduğu kimi, Azərbaycan Milli İstiqlal Partiyasının XI Qurultayı keçirilib. Videokonfrans şəraitində keçirilən Qurultayda AMİP Lideri Etibar Məmmədov ölkədəki mövcud ictimai-siyasi durum və Partiyanın qarşısında duran vəzifələr, eləcə də sosial-iqtisadi sahədəki problemlər, məmur özbaşınalığı, Dağlıq Qarabağ, Türkiyə - Azərbaycan strateji müttəfiqliyi və bir sıra digər məslələrlə bağlı geniş çıxış edərək partiya rəhbərliyinə və yerli təşkilatlara öz tövsiyələrini verib.

Musavat.comxəbər verir ki, Azərbaycanın ərazi bütövlüyünə olan təhlükələrin və təhdidlərin artmaqda olduğunu söyləyən Etibar Məmmədov Azərbaycanda cəmiyyətin birləşməsi və dövlətçiliyin qorunması istiqamətində böyük səylərin həyata keçirilməsinin vacib olduğunu, milli ideya ətrafında birləşməyə yönəlik fəaliyyətin həyata keçirilməsinə çox böyük ehtiyac olduğunu bildirib. Bu fəaliyyətdə siyasi qüvvələrin rolunun danılmaz olduğunu qeyd edən Etibar Məmmədov bu roldan imtinanın Azərbaycanın milli mənafeləri üçün təhlükə yarada biləcəyini vurğulayıb.

Etibar Məmmədov, həmçinin cəmiyyətdəki gərginliyin aradan qaldırılması və əməkdaşlıq istiqamətində olan təşəbbüslərin vacib olduğu bildirib. Beynəlxalq aləmdə Azərbaycanın müttəfiqlərinin artması istiqamətində fəaliyyətin vacib olduğunu deyən AMİP lideri bu istiqamətdə partiyanın bu günə apardığı fəaliyyəti daha da genişləndirməyə ehtiyac olduğunu, partiyanın beynəlxalq əlaqələrindən istifadə edərək Azərbaycanın haqq səsini dünyaya çatdırmağ üçün davamlı fəaliyyətin aparılmalı olduğunu vurğulayıb. Pariyanın qarşısında duran ən mühüm vəzifənin Azərbaycanın ərazi bütövlüyünə olan təhdidlərə qarşı mübarizədə iştirak etmək olduğunu vurğulayan Etibar Məmmədov vətənpərvərlik, millilik və millətçilik istiqamətində fəaliyyətin bir nömrəli vəzifə olduğunu bildirib.

Daha sonra Etibar Məmmədov Türkiyə-Azərbaycan münasibətlərinə toxunaraq Azərbaycanın ən yaxın müttəfiqinin qardaş Türkiyə Cumhuriyyəti olduğunu və bu müttəfiqliyin daha da genişləndirilməsi üçün Azərbaycan və Türkiyə arasında hərbi müttəfiqliyə ehtiyac olduğunu vurğulayıb. Hərbi İttifaq müqaviləsində qarşılıqlı hərbi yardım haqqında müddəanın öz əksini tapmasının vacibliyini qeyd edən AMİP lideri bunun təkcə düşmənlərimizə yerini göstərmək üçün deyil, həmçinin Azərbaycan daxilində vətəndaşların dövlətimizə olan inamının artırılmasına köməklik göstərəcəyini bildirib.

Etibar Məmmədov qeyd edib ki, Dağlıq Qarabağ məsələsi ilk növbədə Azərbaycanın və Azərbaycan vətəndaşlarının problemidir:

"Ordumuz təkbaşına bu işin öhdəsindən gəlmək iqtidarındadır. Hərbi İttifaq sazişinin imzalanmasının vacibliyi ondan ibarətdir ki, düşmən dövlətin müttəfiqləri Azərbaycana təzyiq göstərəcəyi halda bizim müttəfiqimizin də bu məsələyə müdaxilə edə biləcəyini anlamış olsunlar”.

Musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300