Messi La Liqada daha bir nailiyyətə imza atdı

 

İspaniya La Liqasında 2019/2020 mövsümünün ən yaxşı driblinqə malik futbolçusunun adı açıqlanıb.


"Report" "Marca"ya istinadən xəbər verir ki, geridə qalan çempionatda 182 uğurlu driblinq edən "Barselona"nın kapitanı Lionel Messi bütün rəqiblərini qabaqlayıb. Argentinalı hücumçu son 10 ildə ardıcıl 6-cı dəfə bu göstəricidə qalib olub.

İkinci pillədə "Betis"in hücumçusu Nabil Fekir yer alıb. Onun aktivində 98 driblinq var. İlk "üçlüy"ü "Vilyarreal"dan Andre Zambo-Angissa tamamlayıb.

Qeyd edək ki, Lionel Messi 2010/2011 mövsümündə 186 uğurlu driblinqlə ən yaxşı seçilib. Son 12 ildə onun bu uğurunu təkrarlayan olmayıb.

"Barselona" 2019/2020 mövsümünü 82 xalla 2-ci sırada başa vurub. Çempionluq tituluna isə kataloniyalıları 7 xal qabaqlayan "Real Madrid" sahib çıxıb.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300