Alimlər Kainatın dəqiq yaşını müəyyənləşdiriblər

 

Kainatın 12 milyarddan çox yaşı olduğu məlum olub.

"Report” "Astronomical Journal”a istinadən xəbər verir ki, bu qənaətə ABŞ və Böyük Britaniyanın alimləri gəlib.

Araşdırmaçılar "Habbl” kosmik teleskopunun Kainatın yaşını hesablamaqda istifadə olunan sabit qiymətini dəqiqləşdiriblər.

Bunun üçün yeni hesablama metodu əsas götürülüb. Müasir dövrdə Kainatı yaradan Böyük partlayışdan nə qədər zamanın keçməsini hesablamaq üçün alimlər kompüter modelləşdirməsinə müraciət edirlər. Bu metod qoca ulduzların uzaqlığı, həmçinin qalaktikanın davranışı və Kainatın genişlənmə sürətinə əsaslanır.

Bu hesablamanın əsas parametrlərindən biri də Habbl sabitidir. Sabitin adı Edvin Habblın şərəfinə qoyulub. E.Habbl 1929-cu ildə ilk dəfə Kainatın genişlənmə sürətini hesablayıb.

Amerikalı və britaniyalı fiziklər Habbl əmsalından asılı olmayan yeni metoda müraciət ediblər. Onlar bunun yerinə Talli-Fişer asılısının empirik müşahidəsini istifadə etməyə qərar veriblər. Bu asılı kütlə və ya spiral qalaktikaların işıqlılığını fırlanma sürətilə əlaqələndirir.

Bildirilib ki, 50 qalaktikayadək məsafəni dəqiq bilən fiziklər daha 95 qalaktikaya olan uzaqlığı təyin ediblər. Bundan başqa, araşdırmaçılar Talli-Fişer münasibət dəhlizinin dəqiq qiymətini hesablayıblar. Dəqiq hesablanmış kütlə və qalaktikaların fırlanma sürəti sayəsində tədqiqatçılar riyazi yolla Kainatın yaşı və genişlənmə sürətini hesablaya biliblər.

Alimlərin gəldiyi nəticəyə görə, Habbl sabiti hər meqaparsekə 75,1±2,3 km/s-ə bərabərdir. Kainatın yaşı isə təxminən 12,6 milyard ildir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300