Bu dərmanları qəbul edərkən şokoladdan imtina olunmalıdır

 

Moskvadakı Seçenov adına Tibb Universitetinin 3 saylı klinik xəstəxanasının mütəxəssisi Vladimir Beketovun sözlərinə görə, antidepressantların və sedativ preparatların qəbulu zamanı şokoladdan imtina edilməlidir.

"Moskva” xəbər agentliyinin verdiyi məlumatda deyilir ki, həkim, həmçinin bu dövrdə kakao, şərab və sinir sisteminin işinə mənfi təsir göstərə biləcək digər məhsullardan da istifadə etməməyi məsləhət görüb.

V.Beketovun bildirdiyinə görə, şokolad sinir sistemini oyadır,çünki tərkibində kaliumun və piylərin miqdarı çoxdur. Sinir sisteminə oxşar təsir göstərən qida məhsullarına avokadonu, bananı, pendiri, soyanı və hisə verilmiş kolbasanı aid etmək olar.

"Bu məhsulların hamısının tərkibində tiramin adlı maddə var ki, bu da orqanizmdə toplanaraq arterial təzyiqin yüksəlməsinə və kəskin başağrısına səbəb ola bilər”, - deyə, mütəxəssis qeyd edib.
(oxu.az)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300