Belçikalı futbolçu: "Ən gözəl ölkə Azərbaycan idi”

 

"Muskron”dan ayrılanda aşağı liqadan dəvət gəldi. Amma məni Lüksemburqdan olan təklif özünə cəlb etdi”.

Apasport.az saytının məlumatına görə, bunu Lüksemburqun "Fola” klubunun futbolçusu Korentin Koçur deyib.

Fransada anadan olan belçikalı hücumçu Azərbaycan səfərini yada salıb. Bakı "İnter”inə (indiki "Keşlə”) rəqib olmuş futbolçu ölkəmizin gözəlliyini unutmayıb: "Çünki Lüksemburq təmsilçisi ilə Avropa Liqasında oynamaq imkanım var idi. Bu üzdən seçimimi etdim. Üç il ərzində klubumla bir çox ölkələrdə oldum. Onlar arasında ən gözəl ölkə Azərbaycan idi. Ab-hava baxımından isə Kosovo daha çox xoşuma gəldi”.

Qeyd edək ki, Avropa Liqasının 2017/18 mövsümündəki oyunlarda "İnter” evdə 1:0 hesabı ilə qalib gəlsə də, səfərdə darmadağın olub – 1:4.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300