Vəzirovdan "qiymətli” etiraflar – gec deyil ki?

 

Azərbaycanın sabiq kommunist rəhbəri, Rusiyada yaşayan Əbdürrəhman Vəzirov erməni və Qarabağ mövzusunda bəzi diqqətçəkən fikirlər söyləyib. Bu günlərdə o, yerli internet televiziyalarından birinə müsahibəsində 1988-ci ilin dekabrında Azərbaycanın Ermənistana dağıdıcı zəlzələyə görə dövlət səviyyəsində göstərdiyi köməkdən, ermənilərin isə bu təmənnasız xeyirxahlığa qarşı inanılmaz nankorluğundan bəhs edib, o vaxt Mixail Qorbaçovla birgə İrəvanda olarkən erməni həyasızlığına şahid olmasından danışıb. Təbii fəlakət zamanı da qonşuların əsassız Qarabağ iddialarına ara vermədiyinə heyrətlənib.

 

Sitat: "Ora nələr göndərmədik?! Vaqonlarla sement, bitum, taxta… Bərpa üçün nə lazımdır göndərdik. Elə oradaca mexanizatorlardan ibarət xilasedici dəstə formalaşdırdıq. Əvəzində nə ilə qarşılaşdıq? Xilasedici itlərlə gələn fransızları tərifləyir, hamıya təşəkkür edirlər, bircə bizdən başqa. Sanki biz orada olmamışıq. Dəhşətdir. Azərbaycandan gələn traktorların təkərlərini belə təmizləyirdilər ki, burdan gedən bir toz da Ermənistana düşməsin. Bu vəhşilikdir. Halbuki bu uşaqlar yüzlərlə insanı xilas etmişdilər”.

Sözünə davam edən Vəzirov deyir: "Hər yerdə "Qarabağ”, ”Qarabağ” qışqırırdılar. Zəlzələni belə unutmuşdular. İrəvana gəlmiş sovet rəhbərlərindən bunu tələb edirdilər. Baxın, Leninakanda insanları xilas edirlər, İrəvanda isə Qarabağla bağlı hər gün mitinq gedirdi. İrəvandakı iclasda ilk sözü Mərkəzi Komitənin katibi Qalayana verdilər. O, Qorbaçova dedi ki, siz yarım saatdan sonra Qarabağın Ermənistana verilməsi barədə fərman imzalamalısınız. İndiyə qədər bu, məni heyrətləndirir: insanlar necə belə qədirbilməz ola bilər? Onlar heç olmasa bir dəfə də olsun bu köməyə görə "çox sağ olun” deməyi bacarmadılar. Biz axı orada həm də azərbaycanlı gənclərdən ibarət xilasedicilərin həlak olduğu bir təyyarəni (İL-76. Həmin təyyarəni ermənilərin vurduğuna dair dəlillər yetərincədir – Z.S.) itirdik. Fransadan gətirilmiş xilasedici itlərin ölümünə görə başsağlığı verdilər, bizə yox! Biz isə vicdanla, bir qonşu və insan kimi davrandıq” (Axar.az).

"Vicdanla, bir qonşu və insan kimi...” Nə boyda sadəlövhlük! Bu harasıdır. Ermənistandan qayıdan Vəzirov sanki heç nə olmayıbmış kimi, öz xalqına yenə dostluq nəğmələri oxumağa, Moskva ilə birlikdə millətin başı altına yastıq qoymağa davam elədi. Ardınca da onun kommunist xələfi Ayaz Mütəllibov... Bu vəhşi, nə yaxşılıq etsək belə, bizi yağı qismində görən ermənilərə qarşı vaxtında və lazımınca toparlanmağa, silahlanmağa imkan verilmədi.

Nankor, qədirbilməz, daim xəstə ideyalarla yaşayan ermənilər... Vəzirov deyəsən indi-indi, ömrünün qurub çağında anlamağa başlayıb ki, Azərbaycan xalqı on illər, hətta yüz illərdir hansı məkrli düşmənlə, öz köksündə sığınacaq verdiyi, fəqət zərrəcə yaxşılıq qanmayan bir toplumla üz-üzədir. Bilsəydi, 80-ci illərin sonunda ermənilərin Bakıya qayıdışını sevinclə xalqa müjdə verməzdi. O Bakı erməniləri ki, hələ Qarabağda separatçı hərəkat başlamamışdan xeyli öncə Dağlıq Qarabağın Azərbaycan SSR-dən qorapılması üçün yaradılmış "KRUNK” adlı gizli erməni separatçı təşkilatının hesabına hər ay ianələr köçürmüşdülər.

Azərbaycanın rəhbəri kimi Vəzirov bundan bixəbər ola bilməzdi. Fəqət, o, ermənilərin də normal, xeyirxahlıq qanan bir xalq olduğuna sadəlövhcəsinə inanmaqda idi. Nəticəsi nə oldu, bəlli. Erməni faşizminə qarşı bunca ifrat yumşaqlıq, insanpərvərlik, beynəlmiləlçilik, daha dəqiqi, manqurt təfəkküründən doğan loyallıq bizə baha başa gəldi. Vəzirovun Ermənistana köməyə göndərdiyi, 78 dinc azərbaycanlıdan ibarət mülki təyyarənin vurulmasından başlayan erməni nankorluğu ərazimizin 20%-nin işğalı ilə, ordakı etnik təmizləmə ilə, Xocalı soyqırımı və bəşəriyyət əleyhinə digər vəhşiliklərlə, Vəzirovun özünün isə vətəndən həmişəlik didərgin düşməsi ilə yekunlaşdı. Hələ də bu beynəlmiləlçi-nadan siyasətin altını çəkirik.

Bunu da yada salaq: zəlzələdən az sonra azərbaycanlıların Ermənistan adlı qədim türk yurdundan kütləvi şəkildə qovulması daha geniş vüsət almışdı. O vaxt vətənpərvər qüvvələr, uzağı görən aydınlarımız tələb edirdilər ki, qaçqın azərbaycanlılar Dağlıq Qarabağa yerləşdirilsin, bununla da məsələsə həmişəlik qapansın. O halda həm də ədalət qismən təmin edilmiş olardı. Lakin Vəzirov imkan vermədi. Yenə onun beynəlmiləlçi "damarı” tutdu. Ardınca isə xələfi - digər kommunist-beynəlmiləlçi rəhbər Ayaz Mütəllibovun analoji kobud səhvləri, ermənilər top-tankla silahlandığı halda əhalimizdən ov tüfənglərini belə yığışdırmaq əmri verməsi, bir sözlə, işğalçıya qarşı vaxtında toparlana, silahlana bilməməyimiz, əli-yalın qalmağımız...

Altını isə Azərbaycan xalqı, günahsız xocalılar çəkdi. Görəsən onlar heç olmasa, indi öz vicdanları qarşısında səhvlərini etiraf edirlərmi? Barı indi fərqindədirlərmi ki, erməni hər yerdə ermənidir - istər Fransada yaşayan və öz dilini düz-əməlli bilməyən 5-ci nəsil erməni olsun, istərsə də İrəvandakı türk qanına susamış hay?!

Bu, yenə həmin o nankor ermənilərin törəmələridir ki, pandemiya dövründə belə, arsızcasına Qarabağda, azərbaycanlıların 31 mart soyqırımı günündə (!) "prezident seçkiləri” sousu düzənləməkdən çəkinmədilər. Üstəlik, misilsiz bir həyasızlıqla bu siyasi məzhəkəyə "demokratik seçki” adı qoyub dünyanı özlərinə güldürdülər. Amma özləri gülmədilər. Çünki onlar torpaq oğrusu olmaqla bahəm, xəstədirlər. Xəstələr gülməzlər.

Xəstənin nazı ilə də oynamazlar. Onu müalicə edərlər...

 

Zahid SƏFƏROĞLU

musavat.com

 

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300