Müsavat başqanı Arif Hacılı Paşinyanın iddialarının səbəblərindən yazdı

 

Müsavat Partiyasının başqanı Arif Hacılı Paşinyanın Məmməd Əmin Rəsulzadə haqqında iddialarına reaksiya verib.

Musavat.com Arif Hacılının facobook profilində paylaşılmış açıqlamasını diqqətinizə təqdim edir:

"Əvvəllər də dediyim sözü bir daha təkrar edirəm: "Dostlarımız dostlarını yaxşı tanımasalar da, düşmənlərimiz düşmənlərini yaxşı tanıyır"
Paşinyan Rəsulzadə əleyhinə kampaniya aparır. Bunun bir çox səbəbləri var.

Rəsulzadə, onun rəhbərlik etdiyi Müsavat Partiyası Cənubi Qafqazın əksər ərazilərini əhatə edən 114 min kv.km ərazisi olan dövlət qurmuşdu.
Azərbaycan Xalq Cümhuriyyəti indi də bir çox inkişaf etmiş demokratik dövlətlərə nümunə ola biləcək bir dövlət idi.

Azərbaycan xalqı M.Ə.Rəsulzadənin rəhbərliyi, Müsavat Partiyasının təşkilatçılığı ilə şərqdə ilk Demokratik Respublika yaratmağa nail olmuşdu.

Həmin dövrdə indiki Ermənistanın bir hissəsində elan olunmuş daşnak üsul-idarəsi isə Rusiyanın köləsi, bolşeviklərin əlaltısı olan marianet bir quruluş olmaqla yanaşı, prioritetləri, şovinizm, avtoritarlıq, terrorçululuq olan bir quruluş idi.

Rəsulzadənin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də onun belə təkliflər almasına baxmayaraq Alman faşist rejimi ilə əməkdaşlıq etməməsidir.

Bununla belə Rəsulzadə Almaniya Xarici İşlər Nazirliyi ilə apardığı danışıqlar vasitəsi ilə 70 min azərbaycanlı əsirin həyatını xilas etmiş, onların döyüş əməliyyatlarına göndərilməməsi barədə razılığa nail olmuşdu.

Bircə o faktı qeyd edim ki, Belorusun Xatın kəndinin əksəriyyəti qadınlar və uşaqlar olan əhalisinin bir saraya toplanıb yandırılmasında faşistlər, Ukraynalı polisaylarla yanaşı erməni legionerləri də iştirak edib.

Azərbaycan legionerlərinin belə cinayətlərdə, hər hansı kütləvi qırğın tədbirlərində iştirakı barədə heç bir fakt yoxdur.
Amma, Paşinyanı yalnız utanverici tarixləri narahat etmir.

O Azərbaycanın şərəfli tarixinə kölgə salmağa, xalqımızı mənəvi dayaqlarından məhrum etməyə çalışır.

Xatırlayırsızsa, Amerika Birləşmiş Ştatları vitse-prezidenti (səhv etmirəmsə Bayden) Azərbaycan xalqına Cümhuriyyət günü təbrikində Azərbaycan Xalq Cümhuriyyətini hüquqi, demokratik bir dövlət kimi nümunə olmasından yazmışdı.

Paşinyanı dindirən, həm də Cümhuriyyətin beynəlxalq nüfuzu, Azərbaycanda Rəsulzadə ardıcılları tərəfindən yenidən regionun həqiqi lider dövlətinin yenidən qurulması qorxudur.

Paşinyanın Rəsulzadəyə qarşı çıxışları xalqımızın, ilk növbədə Azərbaycan hakimiyyətinin ciddi nəticələr çıxarması üçün əsasdır.
Qarşıdan Cümhuriyyətimizin ildönümü bayramı gəlir.

Görək, düzgün nəticə çıxarılacaqmı".

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300