Arif Hacılı: "Milli Şuranın müzakirələri onların demokratik dəyərlərə hörmətlə yanaşmadığını təsdiq etdi”

 

"Milli Şura Koordinasiya Mərkəzindəki müzakirələr bu qurumun bəyan etdiyi demokratik dəyərlərə hörmətlə yanaşmadığını, ölkənin digər müxalifət partiyalarına qarşı böhtan kampaniyası və nifrət təbliğatı apardığını təsdiq etdi”.

APA-nın məlumatına görə, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı öz "Facebook” səhifəsində yazıb.

O bildirib ki, Müsavat Partiyasına qarşı təşkil edilən və böhtan olduğu araşdırma, istintaq və məhkəmələr tərəfindən çoxdan təsdiq edilmiş ən iyrənc kampaniyanın da mənbələrindən birinin Milli Şura, ən azı Milli Şuranın bəzi rəhbər şəxsləri olduğu üzə çıxdı: "Lent yazısının özündə yayımın kim tərəfindən təşkil olunduğu aydın deyildikdən sonra da burada kibercinayət simulyasiyası çox gülünc görünür. Gizli yayım olsaydı belə demokrat, çoxpartiyalı sistemin, azad rəqabət şəraitinin tərəfdarı olan heç kəs, hətta yuxusunda da şovinizm, ksenofobiya, rasizm təbliğatı aparmaz, Hitlerin uğursuzluqlarına təəssüflənməz, kütləvi qırğını təbliğ etməz, rəqib hesab etdiklərinə böhtan atmaz”.

A. Hacılı vurğulayıb ki, Milli Şura rəhbərliyinin davranışlarına görə təhqir etdikləri bəzi tərəflərdən üzr istəmələrinə müsbət yanaşır: "İnanmaq istəyirəm ki, onların, xüsusilə Milli Şura sədrinin Müsavat Partiyasına qarşı hörmətsiz davranışlara və böhtanlara görə üzr istəməyə siyasi iradəsi çatacaq”.

Müsavat başqanı iki məsələyə də münasibət bildirib: "Birincisi bəzi dostlar 2013-cü ilin prezident seçkilərində Cəmil Həsənli üçün çalışdıqlarına görə peşman olduqlarını yazırlar. Bu, düzgün deyil. Biz o zaman Cəmil Həsənlin namizədliyini onun şəxsiyyətinə, xidmətlərinə görə yox, cəmiyyətin maraqları naminə müdafiə etmişik. O seçkidə müxalifətin vahid namizədinin olması vacib idi. AXCP heç vaxt Müsavatın namizədini müdafiə etməyəcəkdi, ona görə də partiya maraqlarını, cəmiyyətin maraqlarına qurban verdik. Bu düzgün qərar idi. Biz Cəmil Həsənli üçün yox, Azərbaycan üçün çalışmışıq. İkincisi, dəfələrlə və aydın izah etsək də zaman-zaman bizdən Milli Şuradan niyə çıxdığımızı soruşurdular. Bu qurumu təsis edən əksər təşkilatların hələ Müsavatdan əvvəl Milli Şuradan çıxması, fəxri sədrin Krımı Rusiya torpağı adlandırması, "Ramiz Mehdiyev və Əli Həsənov məni müxalifət kimi təqdim etmişdi" deməsi, bu qurumun bəzi rəhbər şəxslərinin fərqli ideologiyalara xidmət edən təşkilatlarda təmsil olunması bu sualı bizə ünvanlayanları cavab kimi qane etmirdi. Bu suala daha aydın cavab Milli Şuranın toplantısından, bizə təkrar-təkrar, "Müsavatsız Milli Şura susuz dəyirman kimidir" - deyən Milli Şura sədrinin özündən gəldi”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300