Vəkilovun Vilayət Quliyevə möhtəşəm cavabı   

 

        Cümhuriyyət irisi bizim həssas yerimizdir. Düzdür, mühacirətdə olan Cümhuriyyət mücahidlərimiz vaxtilə bir-birlərinə qarşı əsası olmayan ittihamlar da irəli sürüblər, bir-birlərinin əlehinə kitab da yazıblar. Cümhuriyyət irsini araşadıran şəxslər söhbətin kimlərdən getdiyini anlayırlar. Bu münasibətlər onların müqəddəsliyinə şübhə toxumu səpə bilməz. Bu onların bir-birinə münasibətidir. Bir də var onların Vətənimiz Azərbaycana münasibəti. Burada məsələ birmənalıdır, hamısı Vətən fədaisidir.

Azərbaycan Respublikasının Macarıstandakı səfiri Vilayət Quliyev Azərbaycan "Baş nazirinin müəmmalı ölümü - Harda, necə...” adlı məqalə ilə çıxış edib. Azərbaycan Cümhuriyyətinin Baş naziri olmuş Nəsib bəy Yusifbəylinin ölümünə həsr edilmiş məqalədə heç bir dəxli olmadan belə bir ifadə işlədib: "Şəfiqə xanım Qaspıralı iddia edir ki, üsyanın məğlubiyyətindən sonra Gürcüstana keçməyə müvəffəq olan M.Vəkilov Tiflis bankında Nəsib bəyin hesabındakı bütün pulları götürərək mənimsəyib. Yəni onun artıq həyatda olmadığını dəqiq bildiyi üçün bu addımı atıb”.

Nəsib bəy Yusifbəylinin Tiflisdə bank hesabında pulu ola bilərdimi?

Azərbaycan ictimaiyyətində çox populyar olan N.Yusifbəylinin atasının ona yazdığı məktub çox ibrətamizdir.

Nəsib bəy Yusifbəylinin atası məktubunda yazır: ”Əziz oğlum, artıq səbrim tükənib, dözə bilmirəm. Hamısını yazacağam. Sıxıntı içində borc alaraq sənin ali təhsil almağını təmin edə bildim. Ali təhsilini bitirib Gəncəyə qayıdanda artıq hər şeyin rahat olacağını yəqin etdim. Sən Gəncəyə gəlib bələdiyyədə ərzaq işləri üzrə müdir oldun. Sənə yenə mən baxdım. Məndən yalnız pul istədin. Sonra Tiflisə gedərək Seymin maarif naziri oldun. Aldığın pul ilə yenə özünü saxlaya bilmədin. Bir neçə dəfə pul istədin, göndərdim. Sonra Azərbaycanın istiqlalını elan etdiniz. Gəldin Cümhuriyyətimizin maarif naziri oldun. Dövlətimizin mərkəzi olan Bakıda işlədin. Yenə də aldığın maaş səni təmin etmədi. Yenə məndən pul istədin. Həmişə göndərirdim. Adına olan torpaq sahəsinin bir hissəsini satmışdım. O pullardan da göndərdim sənə. Bu gün isə baş nazirsən. Dövlət başçısısan, yəni ölkəmizin padşahı olmuşsan. Yenə bağının qamışını mən alım? Sən pul göndərə bilərsənmi?..”

Lakin Vilayət Quliyevin sözlərindən belə çıxır ki, Nəsib bəy Yusifbəyli atasından xəlvət pul toplayıb Tiflisdə banka qoyurmuş. Bankda pulu ola-ola atasına məktub yazıb, ondan maddi yardım istəyirmiş.

İkinci bir tərəfdən, Mustafa bəy Vəkilov başqasının adına olan bank hesabından pulu necə çıxarda bilərdi?

Vilayət Quliyevin məntiqinə görə, Tiflisdə kim istəsə, yaxınlaşıb bankdan başqasının adına olan pulu əldə edə bilərdi. Elə isə bankda pul qalardımı?

Vilayət Quliyev bu əsasız iddiası ilə Azərbaycan Cümhuriyyətinin yetişdirdiyi iki böyük şəxsiyyətə ləkə yaxmış olub.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300