Həbs olunacağı deyilən yüksək ranqlı məmur kimdir? -İDDİA

 

Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzovun nazir və komitə sədrlərindən bəzilərinin həbsini anonsa etməsi gündəmin əsas müzakirə olunan məsələlərdindən bidir.

Bizimxeber.az xatırladır ki, icra başçılarının həbsinə münasibət bildirən Siyavuş Novruzov prosesin bununla məhdulaşmayacağını bildirib və əlavə edib ki, nazir və komitə sədrləri də həbs oluna bilər. "Proses icra başçılarının həbsi ilə yekunlaşmayacaq. Onlardan da yüksək vəzifə tutan və dövlətçiliyə qarşı çıxan, eləcə də vətəndaşları incidən məmurlar var.

Korrupsiyaya bulaşan, rüşvətlə insanları işə götürən, eləcə də öz yaxınlarına yüksək vəzifə verən nazirlər, komitə rəhbərləri var. Həmçinin. bəzi yüksək vəzifəli məmurlar tenderləri öz şirkətlərinə, eləcə də yaxın qohumlarına verirlər. Görünür ki, onlar bu çirkin əməllərindən əl çəkmək niyyətində deyillər. Bu kimi şəxslərin həbs ediləcəyi də qaçılmazdır”, - deyə YAP-cı deputat vurğulayıb.

İddialara görə, hədəfdə olan yüksək vəzifəli məmurlardan biri də "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovdur. Bildirilir ki, yaxın vaxtlarda o tutduğu vəzifədən azad edilə bilər. Hətta Cavid Qurbanova həbs təhlükəsinin olduğunu iddia edənlər də var. Bu günlərdə onun 2018-ci ildə Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında etdiyi çıxışın görüntülərinin yayılması datəsadüfi sayılmır.

Həmin vaxt deputat olan Cavid Qurbanov Vergilər Nazirliyindəki kadr dəyişiklikləri barədə danışarkən belə bir fikir işlədib: "Artıq Vergilər Nazirliyində çalışanlar adam balası kimi işləyirlər”. Cavid Qurbanovun bu fikirləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub və onun məsələyə bu cür yanaşması tənqid edilib.

Cavid Qurbanov vaxtaşırı mətbuatda tənqid olunan məmurlar kateqoriyasına daxildir. O həm də oliqarx məmurlardan hesab olunur. Nəzərə alsaq ki, hakimiyyətin apardığı islahatlar kampaniyası həm də iqtidardarı oliqarx məmurlardn təmizləməyə hesablanıb o zaman Cavid Qurbanovun karyerasının son akkordlarını vurduğunu söyləmək olar.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300