Bu ölkədə 40 şirkət COVID-19-a görə müflis oldu -CƏDVƏL

 

       Bu ilin fevralından etibarən Yaponiyada azı 42 şirkət müflisləşmə prosedurunu işə salıb.

Buna səbəb ölkədə koronavirusun yayılmasıdır.

Müflisləşən şirkətlərin 70 faizi turizm və ictimai iaşə müəssisələri olub.

Qeyd edək ki, bu günə qədər Yaponiyada 4 677 nəfər koronavirusa yoluxub, 94 nəfər həyatını itirib.

Dünya üzrə koronavirus xəstəliyinə (COVID-19) yoluxanların sayı isə 1,5 milyonu keçib. Birləşmiş Ştatlar koronavirusa yoluxma statistikasında ilk pillədə qərarlaşıb.

Ölkədə COVID-19 virusuna yoluxanların sayı 435 min 128 nəfər təşkil edir. ABŞ-da koronavirus qurbanları isə 15 min nəfərdən çoxdur.

Koronavirusdan dünyada ən böyük ölüm sayı İtaliyada qeydə alınıb. Belə ki, bu ölkədə qurbanların sayı 17 mindən çoxdur. Ən çox sağalanlar da digər Avropa ölkəsi olan İspaniyada qeydə alınıb. Virusa yoluxmuş 48 mindən çox insan sağalmağı bacarıb. (BAKU.WS)

ced.JPG (36 KB)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300