Koronavirus səbəbindən oruc tutmaq qadağan edilə bilərmi?

 

Adil Qeybulla: "İnfeksiya yayılmaqda davam edəcəksə, o zaman bu ibadəti bir müddət dayandırmaq olar”

Aprel ayının 24-də müsəlman dünyasında ayların sultanı Ramazan ayı başlayacaq. İnanclı insanlar Ramazan ayında oruc tutur, məscidlərə gedir, ibadət edirlər. Lakin bu il bütün dünyanı bürüyən, onminlərlə insanın ölümünə səbəb olan koronavirus pandemiyası ilə əlaqədar olaraq, dünyanın hər yerində məscidlərə giriş bağlanıb. İnsanlar evlərində karantin rejimindədirlər.

Bəs görəsən, müsəlmanlar məscidlərə getməsələr belə, oruc tuta bilərlərmi? Oruc həm də insanın gün ərzində ac qalması və digər məhdudiyyətlərə əməl etməsi deməkdir. Əksər tibb mütəxəssisləri orucun insan səhhəti üçün faydalarını açıqlasalar da, bir ay müddətində oruc tutmaq həm də orqanizmi bir qədər zəiflədir. Bəs görəsən, hazırda koronavirusla mübarizə dövründə insanların orqanizminin və immunitetinin maksimum güclü olmasına ehtiyac varkən, aidiyyatı qurumlar tərəfindən, o cümlədən Qafqaz Müsəlmanlar İdarəsi tərəfindən oruc tutmamaq tövsiyə edilə bilərmi?

Hacı Şahin Həsənli:

Hazırda dünyanın bir çox müsəlman ölkələrində, o cümlədən qardaş Türkiyədə bu məsələ müzakirə olunur.

 

Qafqaz Müsəlmanlar İdarəsinin nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli Musavat.com-a açıqlamasında bildirdi ki, bu məsələ hələ ki, müzakirə olunmayıb:"Yəqin ki, o vaxta qədər bu məsələ müzakirə olunacaq və fətva veriləcək. Dində də oruc tutmaqla bağlı bəzi hallarda istisnalar nəzərdə tutulub. Ancaq hələ məlum deyil ki, həmin istisnalar bu şəraitə də tətbiq ediləcək, ya yox. Bu həm də tibb mütəxəssisləri ilə din xadimlərinin ortaq rəyi əsasında veriləcək bir qərardır. Hələ ki, belə bir qərar yoxdur. Yəqin vaxt yaxınlaşdıqca Qafqaz Müsəlmanlar İdarəsi də məsələyə baxacaq”.

Adil Qeybulla Operativ Qərargaha MÜRACİƏT ETDİ

 

Tibb elmləri doktoru Adil Qeybulla isə vurğuladı ki, aprel ayının 24-ə qədər infeksiyanın tam lokallaşması gözlənilmir, əksinə infeksiyanın yayılmasının intensiv dövrünə düşür:"Bildiyiniz kimi, belə situasiyalarda oruc kimi dini ritualların yerinə yetirilməsi orqanizmə də müəyyən təsir göstərir. Ona görə də, oruc tutulmaması tövsiyə oluna bilər. Azərbaycanda bu məsələdə qərar verən orqan Qafqaz Müsəlmanlar İdarəsidir. Onlar da yəqin ki, uyğun qərar verməlidirlər. İnsanlar özləri də diqqətli olmalıdırlar. Əgər həmin dövrdə koronavirus infeksiyası sönməyə doğru gedəcəksə, o zaman bu ritualların icrasında da problem olmayacaq. Yox, infeksiya yayılmaqda davam edəcəksə, o zaman bu ibadəti bir müddət dayandırmaq olar. İnsanın sağlamlığı imkan vermirsə, oruc tutmamalıdır. İnsanlar bu gün evlərdə karantin rejimindədirlər, bir çox imkanlardan məhrumdurlar, əksəriyyəti gün ərzində müəyyən vitaminlər qəbul edir. Ancaq oruc tamam başqadır. Bu iki ritualı bir yerdə aparmaq çox çətin olar. İnfeksiya lokallaşdıqdan sonra inanclı insanlar qəza oruclarını tuta bilərlər. İnsanlar situasiyaya uyğun olaraq qərar verməlidirlər”.

Nərgiz LİFTİYEVA, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300