Avstriyada koronavirus pandemiyası ilə əlaqədar məhdudiyyətlərin müddəti uzadılıb

 

Avstriyada koronavirus pandemiyası ilə əlaqədar məhdudiyyətlərin müddəti aprel ayının sonunadək uzadılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı hökumətin mətbuat konfransında Federal Kansler Sebastian Kurts məlumat verib. O, bildirib ki, hazırda ölkədə yoluxma halları ilə bağlı müsbət tendensiya müşahidə olunsa da, böhranı daha qısa müddətdə arxada qoya bilmək üçün məhdudlaşdırıcı tədbirlərə ciddi şəkildə riayət etmək lazımdır.

Mətbuat konfransında hökumətin aktual vəziyyətlə bağlı əlavə tədbirləri də təqdim olunub. Supermarketlərdə maskalardan məcburi şəkildə istifadəsi ictimai nəqliyyata da tətbiq olunacaq. Pasxa bayramından (12 aprel) sonra yoluxma hallarının statistikası növbəti addımların müəyyənləşdirilməsi üçün mühüm əhəmiyyət daşıyacaqdır. Eyni zamanda, iqtisadi və sosial həyatın pilləli şəkildə normal fəaliyyətə dönüşü də nəzərdə tutulur.

Federal Kansler bildirib ki, satış sahəsi 400 kvadratmetri aşmayan ticarət obyektləri gigiyena qaydalarını gözləməklə aprelin 14-dən etibarən öz fəaliyyətlərini bərpa edə biləcəklər. Mayın 1-dən isə bütün ticarət mərkəzləri, bərbərxanalar və digər obyektlərin işləməsinə icazə veriləcək.

Plana əsasən, orta məktəblər may ayının ortalarında yenidən normal dərs rejiminə başlaya biləcəklər, ali təhsil müəssisələri isə tədris ilini onlayn dərslərlə başa vurmalıdırlar.

Ölkədə kütləvi tədbirlərin keçirilməsi iyun ayının sonuna kimi qadağan olacaq.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300