Şəhər və rayonlararası sərnişindaşıma dayandırılıb

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın 23 mart 2020-ci il tarixli Qərarına uyğun olaraq 24 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə üzrə şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti dayandırılır.

"Report" xəbər verir ki, bu barədə məlumatıNəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova yayıb.

Onun sözlərinə görə, ölkə ərazisində 617 marşrut üzrə şəhərdaxili və rayondaxili daşımalarda fəaliyyət göstərən avtobuslar, həmçinin qanunvericiliyə uyğun müvafiq qaydada işləyən taksi nəqliyyat vasitələri və sözügedən marşrut xətlərini əlaqələndirən avtovağzal və və avtostansiya kompleksləri adi iş rejimində çalışacaq: "Belə ki, hər hansı şəhər və ya rayon ərazisində fəaliyyət göstərən daxili marşrutlar adi qaydada fəaliyyətlərini davam etdirəcək. Sərnişinlərin şəhər və ya rayon mərkəzindən həmin şəhərin kənd və qəsəbələrinə gediş-gəlişi təmin ediləcək".

"Eyni zamanda bildiririk ki, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu ərazilərində sərnişindaşımaya məhdudiyyət olmadığından onları əlaqələndirən marşrut xətləri üzrə sərnişin avtobuslarının fəaliyyəti adi rejimdə davam edəcək və sərnişin axınına uyğun avtobusların sayı tənzimlənəcək.Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti olaraq sərnişinlərdən xahiş edirik ki, zəruri səbəbləri yoxdursa nəqliyyat vasitələrindən maksimum az istifadə etsinlər", - N.Allahyarova qeyd edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300