Dünyada koronavirusdan ölənlərin sayı 16 mini keçdi-yeni CƏDVƏL

 

Koronavirus (COVİD-19) infeksiyası ilə bağlı dünyada yoluxma və ölüm sayı durmadan artır.

Musavat.com xarici mənbələrə istinadən bildirir ki, yoluxmaya görə ümumi göstəricilər üzrə ilk beşlikdə Çin, İtaliya, Amerika, İspaniya və Almaniya gəlir. Artıq iki gündür ki, bu göstərici dəyişməz olaraq qalır.

Çində son saatlarda koronavirusa 39 nəfər yoluxub, 9 nəfər isə dünyasını dəyişib. Bu ölkədə ümumi yoluxma sayı 81 min 93, bu vaxta qədər ümumi ölənlərin sayı 3 min 270 nəfərdir. Çində artıq bir həftəyə yaxındır ki, ümumi ölüm sayı 3-4 min arasında dayanıb. Gündəlik ölüm halları isə 10 nəfərdən az olur. Çində gündəlik yoluxma orta hesabla 40-50 nəfər arasında dəyişir. Mütəxəssislər Çinin koronavirusa qalib gəldiyini bildirirlər.

Çindən sonrakı sırada bir həftədən çoxdur ki, İtaliya yer alıb. İtaliyada son saatlarda ötən günlərdə olduğu kimi çoxsaylı yoluxma halı qeyd edilib. Belə ki, İtaliyada son 24 saat ərzində 4 min 789 nəfər yeni yoluxma faktı qeydə alınıb. Son saatlarda ölənlərin sayı isə 601 nəfərdir. Ümumilikdə bu ölkədə koronavirusa yoluxanların sayı 63 min 927, ümumi ölüm halları isə 6 min 77 nəfərdir. Dünyada koronavirus ilk dəfə Çində yayılsa da, hazırda İtaliya ümumi ölüm sayına görə Çini arxada qoyub...

İtaliyadan sonrakı sıraya ABŞ yüksəlib. Artıq iki gündür ki, ABŞ-da koronavirusa yoluxma sayı sürətlə artır. Ekspertlər bildirirlər ki, ABŞ bu gedişlə yoluxma sayına görə İtaliyanı keçəcək. Belə ki, son saatlarda Amerikada yoluxanların sayı 7 min 309 nəfərdir. Ötən bir neçə saat ərzində Amerikada bu infeksiyadan ölənlərin sayı isə 64 nəfərə çatıb. Amerikada koronavirusa ümumilikdə 40 min 85 nəfər yoluxub. İndiyədək 483 nəfər dünyasını dəyişib.

Son 24 saat ərzində İspaniyada 4 min 321 nəfər yoluxub, 434 nəfər ölüb. Bu ölkədə koronavirusa ümumi yoluxan 33 min 89, ümumi ölən isə 2206 nəfərdir.

Almaniyada son saatlarda 3992 nəfər yoluxub, 24 nəfər isə ölüb. Bu, ötən bir neçə gün ərzində Almaniyada qeydə alınan ən çox yoluxma və ölüm sayıdır. Ümumilikdə Almaniyada 28 min 865 nəfər yoluxma, 118 nəfər ölüm halı qeydə alınıb.

Hazırda dünya üzrə koronavirusdan ölənlərin sayı 16 mini keçib. Belə ki, artıq 16 min 102 nəfər bu virusun qurbanı olub.

Son rəqəmlərə görə, yoluxanların ümumi sayı 366 min 956, sağalanların sayı isə 101 min 65 nəfərdir. Hazırda 249 min 789 xəstə müalicə alır. Onlardan 11 min 856nəfərinin vəziyyəti ağırdır. Bu isə ümumi xəstələrin 5 faizi deməkdir.

 

Əli Rais, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300