Nostradamusun korona öngörüsü: Nələr deyib? – Mətn

 

Mişel Nostradamusun "Les Propheties” kitabında koronavirusla əlaqədar olduğu bildirilən öngörüsü gündəmə gəlib.

 

Kult.az xəbər verir ki, koronavirusu öncədən görən Nostradamus onu xüsusi işarələr vasitəsilə ifadə edib.

Nostradamusun verdiyi proqnoz kitabında aşağıdakı kimi qeyd edilib:

"Əkizlər ilində Şərqdən bir kraliça yüksələcək, gecə varlıqlarından vəbasını 7 təpəli diyara yayacaq, alacaqaranlıqlarında olan insanları toza çevirəcək”.

Nostradumusun verdiyi proqnoz mütəxəssislər tərəfindən belə deşifrə edilib:

"Əkizlər ilində (20-20) Şərqdən (Çin) bir kraliça ("korona” - tac) yüksələcək, gecə varlıqlarından (yarasalar – bu virusun yarasalardan keçdiyi ehtimalı var) vəbasını (virusu) 7 təpəli diyara (İtaliya) yayacaq, alacaqaranlıqlarında (yaşlılar) olan insanları toza çevirəcək (ölüm)”.

Qeyd edək ki, Nostradamus təxəllüsü ilə məşhur olan Mişel de Notrdam 1503-cü il dekabrın 14-də Fransanın Sen Remi vilayətində, xaçpərəstliyi (katolikliyi) qəbul etmiş yəhudi ailəsində anadan olub. Şöhrətini XVI əsrdə Avropada tüğyan edən Qara ölümün (taun epidemiyasının) həllində əldə etdiyi uğurlara görə qazanıb. 1566-cı ildə vəfat edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300