Rusiya Qəddafinin oğlunu Liviyada hakimiyyətə gətirmək istəyir... -İDDİA

 

Rusiya Qəddafinin oğlunu Liviyada hakimiyyətə gətirmək istəyir.

Moderator.az xəbər verir ki, bu məlumatlar tutulan iki rus agentinə məxsus sənədlərdən əldə edilib.

Həbs edilən Rusiya agentlərinə məxsus sənədlərə görə Rusiya rəsmiləri Müəmmər Qəddafinin Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən axtarışda olan oğlu Seyfülislam Qəddafi ilə üç dəfə görüşüb. Liviyada toqquşmalarda Tobruk mərkəzli Liviya Milli Ordusunun lideri Xəlifə Xafterin iştirakından sonra Rusiya Təhlükəsizlik şirkəti olan "Vaqner” diqqət mərkəzinə gəlib.

Bildirilir ki, şirkət Qəddafinin oğlunu Liviyada hakimiyyətə gətirmək üçün onunla görüş keçirib və məsləhətlər verib. Kreml sarayının qida biznesinə rəhbərlik edən şef aşbaz Yevgeni Priqozinə məxsus "Vaqner” təhlükəsizlik şirkəti Suriya, Ukrayna və Liviyada muzdluların fəaliyyəti ilə tanınır.
Putinə yaxınlığı ilə seçilən Priqozin ABŞ-da keçirilən seçkilərə müdaxilə etdiyi üçün Amerika Maliyyə Nazirliyinin sanksiyaları siyahısındadır. Krım və Ukraynanın şərqindəki cəbhəyə də "Vaqner” tərəfindən 1400 muzdlu əsgərin göndərildiyi iddia edilir.

Bildirilir ki, "Vaqner” şirkəti üçün işləyən iki Rusiya agenti ötən il tutulub. Qəddafinin oğluyla bağlı planların üstü isə bundan sonra açılıb.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300