İtalyan həkimləri koronavirusdan ölüm riskini artıran xəstəlikləri açıqladılar

 

İtaliya həkimləri koronavirusdan ölüm hallarını artıran və əsasən yaşlı adamlarda görünən xəstəlikləri açıqlayıblar.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bununla bağlı hazırda infeksiyanın episentri sayılan Lombardiya vilayətində çalışan tibb ekspertləri hesabat hazırlayıblar.

İtalyan həkimlərin fikrincə, ölüm halları əsasən ürək-damar (10,7%) və şəkər xəstəliyi olan şəxslər arasında sürətlə artır. Bundan başqa xroniki tənəffüs çətinliyi (6,3%), hipertoniya (Arterial hipertenziya) və onkoloji xəstəliklərdən əziyyət çəkənlər də koronavirusun əsas qurbanlarıdır.

Qeyd etmək lazımdır ki, İtaliya hazırda infeksiyadan vəfat edənlərin sayına görə dünyada birinci yeri tutur. Lombardiya vilayətinin klinikasının intensiv terapiya bölməsinin rəhbəri Anton Pesenti koronavirus infeksiyasının yalnız yaşlı insanlarda görüldüyü barədə rəyləri qəti sürətdə rədd edir.

Onun sözlərinə görə, ağır vəziyyətdə olanların yarısının yaşı 65-dən yuxarı olsa da, 25-30 yaşlar arasında infeksiyaya məruz qalan xəstələr az deyil.

"Bloomberg” agentliyi isə dünyasını dəyişən insanların 99%-nin əvvəllər sağlamlıqları ilə bağlı müxtəlif problemlərə malik şəxslər olduğunu bildirib.

Belə ki, koronavirus səbəbindən vəfat edənlərin yarısı ən 3 müxtəlif xəstəlik daşıyıb. Onların 75%-də yüksək qan təzyiqi, 35%-i diabet, qalanları isə ürək xəstəliklərindən əziyyət çəkirmiş.

Yoluxanların 18%-də isə hər hansı patoloji hal müşahidə olunmayıb.

Son məlumata görə bu gün İtaliyada 785 insan koronavirusdan ölüb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300