DİN: Polisə təhlükə yaradan narkotik qaçaqmalçılarına silah tətbiq edilib

 

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində mart ayının 20-dən 21-nə keçən gecə saat 2 radələrində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə gətirilmiş narkotik vasitələri gizli saxlanc yerindən götürməyə cəhd göstərən 8 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Musavat.com-a verilən məlumata görə, həmin şəxslər saxlanılarkən polisin qanuni tələblərinə tabe olmayaraq idarə etdikləri avtomobilləri onların üzərinə sürərək həyat və sağlamlıqları üçün real təhlükə yaratdıqlarından polis əməkdaşları xidməti silah tətbiq ediblər. Bu zaman cinayətin iştirakçılarından ikisi yaralanıb.

Tutulmuş şəxslərin istifadəsində olan avtomobillərə baxış keçirilərkən ümumi çəkisi 50 kiloqrama yaxın narkotik vasitələr - heroin, tiryək, marixuana və metamfetamin aşkar edilib götürülüb.

Fakt üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılaraq istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300