Qusarda itkin düşən şəxsin qətlə yetirildiyi məlum olub

 

Qusar rayonu ərazisində qətl hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, itkin düşən 33 yaşlı Sadirov Malik Sadir oğlunun üzərində zorakılıq əlamətləri olan meyiti Qusar-Şahdağ yolunun Xuray kəndi ərazisindən keçən hissəsində, Qusar çayı sahilindəki yamacda aşkar edilib.

Aparılan ilkin əməliyyat axtarış tədbirləri nəticəsində M.Sadirovun martın 20-i, Qubanın Alpan kəndində intihar edən həmkəndlisi, Əniğ kənd sakini, 1996-cı il təvəllüdlü Vəliyev Malik Məlik oğlu tərəfindən qətlə yetirildiyi ehtimal olunur.

Qeyd edək ki, M.Sadirov martın 17-dən itkin düşmüş hesab olunurdu.

Hazırda faktla bağlı Qusar rayon prokurorluğunda cinayət işi açılıb, istintaq əməliyyat tədbirləri davam etdirilir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300