"Azadlıq uğrunda mübariz"i itirdik

"Azadlıq uğrunda mübariz" fəxri adına layiq görülmüş Ələkbər Talıbov bu gün səhər saatlarında 67 yaşında qəflətən vəfat edib.

 

Ələkbər Talıbov 1953-cü il avqustun 7-də Neftçala rayonu Bankə qəsəbəsində anadan olub.

1990-ci il 25 yanvar Neftçalada Yanvar qırğınına şahid və qazi, sonrakı illərdə I Qarabağ müharibəsinin iştirakçısı olmuşdur.

Ələkbər Talıbov 1993-cü illər Ordu sıralarında döyüşmüş və həmin batalyonun əksər üzvləri neftçalalılar olmuşdur. Ə.Talıbovun iştirak etdiyi döyüşlər əsasən Ağdamın Gülablı, Quzanlı, Çəmənli, Füzuli rayonun Aşağı Veysəlli, Yuxarı Veysəlli kəndləri olub.


1993-cü il 3 iyun tarixində Azərbaycan Respublikasının prezidenti Əbülfəz Elçibəyin 625 №-li fərmanı ilə "Azadlıq uğrunda mübariz” fəxri adına layiq görülmüşdür. 2000-ci ildə Qanlı "20 yanvar” hadisələrinin on illiyi ilə əlaqədər Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev tərəfindən prezident təqaüdünə layiq görülmüşdür. 2011-ci ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindənprezident təqaüdünə layiq görülmüşdür.

 

 

 

 Ə.Talıbov Fövqəladə Hallar Nazirliyinin Xəzər hövzəsi Qəza Xilasetmə Xidməti idarəsində gəmi kapitanı kimi çalışırdı.

 

Uluyol.az xəbər portalı mərhumun ailəsinə başsağlığı verir.

Allah rəhmət eləsin.

 ələkbər talıbov ile ilgili görsel sonucu
 
Tural İntiqam
Uluyol.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300