Həkimdən bu günlərdə çox aktual olan məsləhətlər

Soyuq mövsümdə başlıca vəzifə maksimum xəstələnməməkdir. C vitamini və antioksidantlarla zəngin olan qidalar bədənin tonusunu qorumağa kömək edir.

Soyuq havada bədəni isidən və infeksiyalardan qoruyan bir neçə üsul var.

Paytaxtdakı 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası uşaq poliklinikasının pediatr-infeksionisti Aytən Ziyadova həmin sadə üsullar barədə deyib: "Viruslara yoluxmamaq üçün ilk növbədə maska taxmaq, gigiyenik qaydalara əməl etmək və çoxlu maye qəbul olunmalıdır. Şaxtalı havada zəncəfilli çay içilməsi, qreypfrut, portağal kimi meyvələrin yeyilməsi immun sistemini möhkəmlədir.

Soyuq mövsümdə başlıca vəzifə maksimum xəstələnməməkdir. C vitamini və antioksidantlarla zəngin olan qidalar bədənin tonusunu qorumağa kömək edir. Bişirilən zaman tərəvəzlərdə bioaktiv maddələr məhv olur. Odur ki, immuniteti gücləndirən ən yaxşı yemək salatlardır. Soyuq mövsümdə ətdən də imtina etmək lazım deyil, çünki onun tərkibində olan zülal yorğunluqla mübarizə aparır. Ona görə də yağsız mal əti və toyuq əti yemək olar”.

"Kəskin küləkli havada küçəyə çıxarkən dərhal dərin nəfəs almaq lazım deyil. Soyuq hava axını hətta sağlam insanlarda da bronxların refleksli spazmına səbəb ola bilər. Yalnız burunla nəfəs almaq məsləhətdir, çünki hava burundan keçərkən istiləşməsi üçün vaxt qazanır. İstənilən halda orqanizmdə hər hansı narahatlıq hiss edəndə həkimə üz tutmaq lazımdır”,- deyə pediatr-infeksionist əlavə edib.(azərtac)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300