Cavanlıq və sağlamlıq bəxş edən- MÖCÜZƏVİ MEYVƏ

  İnnab qədim zamanlardan müalicəvi bitki kimi istifadə olunur.

Faydalı xüsusiyyətlərə görə innabı xurma ilə müqayisə edirlər. Onun digər adı "çin xurması"dır. Çinlilər innabı "cavalıq və sağlamlıq bəxş edən meyvə" adlandırırlar. Çin təbibləri sübut edir ki, müalicəvi xüsusiyyətlərə görə innab yalnız jenşendən geri qalır.

Bu bitkinin bütün hissələri (meyvəsi, yarpaqları, ağacın qabığı, kökü) müalicə məqsədlərlə istifadə olunur. Belə ki, yarpaqlar ağrıları azaldır. Diş və ya baş ağrısı zamanı innabın yarpağını çeynəmək ağrıları tez bir zamanda azaldır. Qabığın dəmləməsi ishaldan xilas edir.

İnnab bir çox vacib vitaminlərlə zəngindir. Onun tərkibində C, PP, A, E, B qrupu vitaminləri var. Bundan əlavə innab mis, dəmir, kalium, maqnezium, fosfor, kalsium və s. orqanizm üçün çox vacib olan minerallarla, flavonoidlər, pektinlər, katexinlər, kumarinlərlə zəngindir.

Belə zəngin kimyəvi tərkib innabı insan sağlamlığı üçün çox faydalı edir.

 

Uluyol.az sizə innabın sağlamlıq üçün faydalarını təqdim edir:


- Tərkibində olan B qrupu vitaminlərə görə innab insanın sinir sisteminə müsbət təsir edir - sakitləşdirir, stresi və əsəbiliyi azaldır. Xalq təbabətində bu məqsədlə innabdan hazırlanmış dəmləmə istifadə olunur - 5 innab meyvəsinin üzərinə 1 stəkan qaynar su tökün, vam odda bir neçə dəqiqə qaynadın, 1 saat dəmləyin və sonra çay kimi için.

- İnnab multivitamin meyvədir. Bu səbəbdən innab hipovitaminozlar zamanı çox yaxşı kömək edir.

- İnnab orqanizmə güclü antioksidant təsir edir, orqanizmi sərbəst radikallar, toksinlər və şlaklardan təmizləyir, orqanizmi cavanlaşdırır, insanı daha gümrah edir.

- İnnab qaraciyər və öd kisəsinin sağlamlığı üçün faydalıdır.

- C vitamini, kalium və maqneziumla zəngin olan innab ürək və damarlar üçün çox faydalıdır - damarları möhkəmləndirir, onları daha elastik edir, ürək əzələsini qoruyur, təzyiqi normallaşdırır.

- İnnab ağrıları (xüsusilə diş və baş ağrıları) azaldır.

- İnnabdan hazırlanmış dəmləmə və ya çay yaxşı sidikqovucu təsir edir və arıqlamağa kömək edir.

- İnnab dəri və saçların vəziyyətini yaxşılaşdırır. İnnabdan çox yaxşı kosmetik maskaları hazırlamaq olar.

 

 
(saglamolun.az)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300