Adil Qeybulladan çağırış:"Əsgərlərlə qohumlarının təması yasaqlanmalıdır”

 

Dünyanın əksər ölkələri koronavirus təhlükəsini önləmək üçün müxtəlif tədbirlər görməkdədirlər. Hətta işğalçı Ermənistanın baş naziri Nikol Paşinyan koronavirus təhlükəsinə görə ordu ilə bağlı qərar verib. Qərara görə, bir müddət əsgərlərə valideynləri və qohumları ilə görüş qadağan edilib.

Fevralın 28-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargah Azərbaycanda ilk koronavirus (COVİD-19) infeksiyasına yoluxma faktının qeydə alındığını təsdiq edib. Qeyd olunanlar Azərbaycanda hərbi hissələrə mülki şəxslərin daxil olması-əsgərlərlə yaxınlarının görüşməsi məsələsini gündəmə gətirir.

Adil Qeybullada ile ilgili görsel sonucu

 

Tibb elmləri doktoru, professor Adil Qeybulla "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycan da silahlı qüvvələrlə bağlı çox ciddi karantin tədbirlərini vaxtında etməlidir. Bu tipli tədbirlərdən ən vacibi hərbi hissələrlə, əsgərlərlə mülki şəxslərin təmasını bir müddət yasaqlamaq olmalıdır:"Əslində karantin tədbirlərindən biri kimi bu qərarın qəbul olunması çox vacibdir. Hərbi hissələrin mülki şəxslərin gediş-gəlişinə qapanması Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrində də var. Əsgərlərimizin sağlamlığı ən strateji əhəmiyyət kəsb edən amillərdəndir. Ona görə hərbi hissələrə mülki şəxslərin səfərləri məhdudlaşdırılmalıdır. Hərbçilərin sağlamlığı daha önəmlidir, onlar həmişə döyüş əmrinə hazır durumda olmalıdırlar. Valideynlər yəqin ki, övladlarının sağlamlığı üçün məhdudlaşdırmanı anlayışla qarşılayarlar”.

Hərbi ekspert Ramil Məmmədli də koronavirus təhlükəsinin aradan qalxmasına qədər hərbi hissələrə mülki vətəndaşların buraxılmasının məhdudlaşdırılmasının lazım olduğunu bildirdi.

Etibar SEYİDAĞA, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300