29 şəhid, qan… -Sənmi etdin, Rusiya?

 

İdlibdə neçə aydır yaranmış gərginlik fevralın 28-nə keçən gecə partladı. Türkiyə bu anadək (saat 03.20) 29 şəhid verib, 36 yaralı var. Dəhşətli hadisə, ağır itkidir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, «ey Avropa, ey Batı» deyərək İdlibdə yaşanan insani faciəni görməyə və önləməyə çağırırdı. Türkiyə sərhədinə doğru qaçan qaçqınları artıq qəbul etməyə gücünün yetməyəcəyini, hamını bu işdə əlini daşın altına qoymağa çağırırdı. Türkiyə sərhədində həm terrorçularla vuruşmalı, təhlükəsizlik üçün qanı bahasına neytral zona almalı, bunu Əsəd rejimindən qorumalı, üstəlik qaçqınların da Avropaya keçməsinin qarşısını almaq üçün sipər olmalı idi. Nə möhtəşəmsən, Türkiyə! Hamı səndən mədət umur, sənin əsgərinin arxasında gizlənmək istəyir!

türk idlib ile ilgili görsel sonucu

 

Türkiyə diplomatik cəbhədə gücü çatan hər şeyi etdi. Ərdoğan «səbrimiz tükənir» dedi, bir neçə dəfə ABŞ prezidenti Trampla danışdı, Rusiya prezidenti Vladimir Putinlə dəfələrlə görüşdü. Martın 5-də də görüşmələri gözlənirdi… Rusiyadan gələn bir heyət hətta Suriya məsələsinin müzakirəsi üçün Türkiyədədir, gecəni orada yatıblar. Bu gün səhər danışıqları davam etmək şərtilə gecə ayrılıblar.

Sonra isə… Türkiyə belə görünür ki, həm də sinsicəsinə bir hücuma məruz qalıb, əsgərləri olan bölgə bombalanıb, ağır itkilər verib. Əsəd kimdir ki? Rusiyanın bir peşkası, maşası, əsgər iqruşkası, oyuncağı yəni. Suriya Rusiyanın bir təlim meydanıdır. Rusların icazəsi olmadan nəinki İdlibdə, xaraba qalmış Suriyada bir bayquş belə uça bilməz. O səbəbdən İdlibdə Türkiyə əsgərini vuran Əsəd deyil, Putindir! Putin deyilsə, hərb naziri Şoyqudur. Əsədin özünün quş vurmağa bir tüfəngi yoxdur, bütün ölkə Rusiyanın hava və quru qüvvələrinin ağır silahlarının nəzarəti altındadır. Bu, artıq hərbi sirr deyil, faktdır! Təəssüf ki, bu həmin Putindir ki, Ərdoğanın kişi sözünə hər cür ehtiramını dilə gətirir, onun sözünün ağası olduğuna heyranlığını bildirirdi. «Türk axını» işə düşəndə, S-400-lər Türkiyəyə gələndə belə demişdi…

ərdoğan putin ile ilgili görsel sonucu

 

Türkiyə dərhal Əsəd ordusuna cavab verib. Amma bu, son deyil, əksinə yeni bir prosesin başlanıcığıdır. Türkiyənin bölgədə 8 minə yaxın hərbi qüvvəsi var, asanlıqla hədəflərindən vaz keçən, geri çəkilən deyil.

İdlibdə gecə baş verənlər artıq Rusiya ilə qırılma nöqtəsidir, ya da maskaların düşməsidir. Avropa Parlamentindən gecə gələn reaksiya diqqət çəkir- «Yeni dostlardan Türkiyəyə daha yaxınıq». Rusları, Putini işarə edirlər! Ərdoğanın Suriya siyasəti, Rusiya ilə münasibətləri böyük mövzudur. Bu ağır gecədə bunlara toxunmayaq. Amma Ərdoğan hamının qara yara kimi qaçdığı Rusiya və onun prezidentinə münasibətdə yanlış etmədi. Krımı deyirsiz? Ərdoğan Krımı Ukraynanın tərkibi hesab edir, bunu da gizlətmir. Ruslar bundan çox cırnayırlar, cəhənnəmə ki… Krımın təkcə Ərdoğan yox, bütün ağlı başında olan prezidentlər işğal olunduğunu deyir. Putin heç onlardan incimir, əsgərini vurmur… Ərdoğanın hətta Qarabağla bağlı dediyi həqiqətləri guya həzm edə bilirlər ki? Əsla etmirlər.

əsəd ile ilgili görsel sonucu

 

…Bu hadisə ya iki ölkəni yenə üz-üzə qoyacaq, ya Rusiya səhvini etiraf edəcək. Necə ki, məlum qırıcı vurulması olayında Rusiya bu üzrü Ankaradan qəbul etmişdi.

Türkiyə narahat bir səhərə doğru gedir. Bakıda saat 4 olanda Beştəpədə Ərdoğanın iştirakı ilə toplantı davam edirdi. İlk qərar belə oldu ki, Türkiyə daha qaçqınları Avropaya buraxacağını bəyan edib. Ciddi mesajdır. Koronavirus kimi bir şey! Avropanın da yuxusu qaçdı.

MHP başqanı və digər siyasi qüvvələr qərargahlarından hadisələri izləyirdilər. Ölkə qaynamağa başladı.

Hatayda isə insanlar yaralıların gətirildiyi xəstəxanalara axın edirdilər. Qan vermək üçün! Türkiyə qan verməyi də, qan almağı da bilir…

 

Nazim SABİROĞLU,
Musavat. com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300