İranda dini təhsil alanlar hələ də çox imiş

 

Hacı Şahin: "Bunu qısa zamanda həll etmək mümkün deyil”

Koronavirus təhlükəsi ilə bağlı İranın xəstəlik qeydə alınan ərazilərindən gələn 34 nəfər müayinə məqsədilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlkin məlumata görə, onların səhhətlərində ciddi problem aşkarlanmayıb. Lakin həkim müşahidələri karantin müddəti bitənə qədər davam edəcək.

Nəzarətə alınan bu şəxslərin əksəriyyətinin İranda dini təhsil alan tələbələr olması çoxsaylı suallara yol açıb. Bu da səbəbsiz deyil. Çünki illər öncə Azərbaycan xaricdə dini təhsil alanların ölkə daxilində mollalıq və digər dini fəaliyyətlə məşğul olmalarını qadağan edib. Belə olan təqdirdə sual yaranır ki, əgər dini ayinlərin icrasını ölkən daxilində edə bilməyəcəksənsə, nə üçün xaricdə təhsil alırsan? Digər tərəfdən ölkəndə İlahiyyat İnstitutu yaradılıb, bir sıra dini məktəblər açılıb, onlarda nə üçün təhsil almırsan?

Bu iki suala ən müxtəlif cavablar verilir.

İlahiyyatçı Hacı Şahin Həsənli məsələ ilə bağlı "Yeni Müsavat”a bunları deyib:"Azərbaycan xaricdə dini təhsil almağı qadağan etməyib. İnsan istənilən yerdə təhsil ala bilər. İstər İranda, istər Türkiyədə, istərsə də, Azərbaycanda insanlar müxtəlif sahələr, o cümlədən ilahiyyat üzrə də təhsil alırlar. Xaricdə təhsil alan tələblərin sayı bir o qədər də çox deyil. Qumda, Nəcəfdə, İraqda və bir sıra yerlərdə təhsil alanlar var. Onlar ilahiyyat təhsili alırlar. Sadəcə olaraq, onlara qanunvericilikdə o insanların dini ayinləri icra etmələrinə qadağa tətbiq edilib. Amma sonradan qanunvericiliyə müəyyən dəyişikliklər olundu. Dövlət qurumları ilə razılaşdırılmış şəkildə bunu edə bilirlər, yəni müəyyən mərasimlərdə iştirak edə bilərlər. Azərbaycanda ilahiyyat təhsili sahəsində çox ciddi addımlar atılır. İlahiyyat İnstitutu belə yaradılıb. Ölkəmizdə bundan sonra da dini təhsil müəssisələri yaradılacaq. Ümumiyyətlə, bunlar davamlı olan proseslərdir. Bunu qısa zamanda həll etmək mümkün deyil. Çünki ciddi bazanın olmadığı bir vəziyyətdə müəyyən zaman itkisinin olması normaldır. Azərbaycanda təxminən sıfırdan bu dini təhsil yaradılır. Nəticədə bu dönəmlərdə insanlar müxtəlif ölkələrdə dini təhsil almağa yollanırlar. Burada söhbət təkcə İrandan getməməlidir. Uzun illər öncə xaricə dini təhsil almağa gedənlər olub. Yəni bu insanların hamısı son illərdə getməyiblər. Dini təhsil almaq üçün xaricə gedənlərin sayında azalmalar var. Unutmaq olmaz ki, Azərbaycanda sovet dönəmində dini təhsil demək olar ki, yox idi. Müstəqilliyimizin ilk illərində bu yarandı. Hazırda dini təhsilin səviyyəsinin yüksəldilməsinə Azərbaycanda çox böyük bir ehtiyac var. Bu istiqamətdə işlər görülməlidir. Burada təkminləşdirmə prosesi gedir və ciddi addımlar atılmaqdadır. Bir daha deyirəm ki, belə məsələlərin qısa zamanda effekt verməsi çox çətindir. Ona görə də, müəyyən bir zaman keçdikdən sonra Azərbaycanda dini təhsilin səviyyəsinin yüksələ biləcəyini düşünürəm”.

Cavanşir ABBASLI, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300