Pənah Hüseyn Prezident Administrasiyasının rəsmisi ilə görüşü barədə danışdı

 

Azərbaycan Xalq Partiyasının sədri: "Görüşü normal dəyərləndirirəm”

 

Bu gün sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının (PA) Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşüb. Görüş PA-nın binasında baş tutub.

Bu barədə öz Facebook profilində məlumat paylaşan P.Hüseyn bu görüşün bir neçə siyasi partiya ilə birgə siyasi partiya və dövlət münasibətləri, ofis və s. məsələlərlə əlaqədar əvvəllər etdikləri müraciət əsasında baş tutduğunu vurğulayıb.

Musavat.com-a açıqlamasında sabiq baş nazir bunları deyib: "Yazdığım statusa heç bir əlavə məlumatım, şərhim yoxdur. Bu, bir müraciətlə bağlı görüş idi. Görüşü normal dəyərləndirirəm”.

Cavanşir ABBASLI,
Müsavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300