"Qəbələ" uduzub, "Qarabağ" qalib gəlib

 

Azərbaycan Premyer Liqasında XV tur başa çatıb.

Apasport.az saytının məlumatına görə, turun ikinci oyun gününə Qəbələdə start verilib.

Mövsümün ikinci yarısında ilk matçlarını keçirən "Keşlə” və "Qəbələ” sonuncuların meydanında üz-üzə gəlib. Paytaxt təmsilçisinin ilk 45 dəqiqədə vurduğu iki qol qələbə üçün kifayət edib. "Qırmızı-qaralar” bu toplardan yalnız birinin əvəzini çıxa bilib. Bu qələbə "Keşlə”nin xal hesabını "Neftçi”yə çatdırması, şəxsi oyunlardakı üstünlüyə görə 2-ci pilləyə yüksəlməsi üçün yetərli olub.

Tura liderlə autsayder arasında qarşılaşma ilə yekun vurulub. Son çempion "Qarabağ” "Səbail”in qonağı olub. Ciddi müqavimətlə üzləşən Ağdam təmsilçisi matçın taleyi son dəqiqələrdə həll edib. Mahir Emrelinin vurduğu top çempiona üç xal qazandırıb. Bu, liderin izləyiciləri ilə xal fərqini 8-ə çatmasına səbəb olub.

Bir gün öncə daha iki görüş keçirilib. "Zirə” iki cavabsız qolla "Sabah”ı məğlub edib, "Neftçi” – "Sumqayıt” matçında komandalar bir qolla bir xal qazanıblar.

Qeyd edək ki, növbəti turun oyunları fevralın 7-8-də keçiriləcək.

Azərbaycan Premyer Liqası
XV tur
2 fevral (bazar)

17:30. "Səbail” – "Qarabağ” - 0:1
Qol: Əmrəli, 81
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Fərid Hacıyev
"Səbail”: 1. Aleksandr Rıbka, 7. Fəhmin Muradbəyli, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 34. Urfan Abbasov, 55. Adil Nağıyev, 11. Rauf Əliyev, 10. Maykl Esyen, 16. Peyman Keşavarz, 3. Turan Manafov, 77. Ədilxan Qarəhmədov
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 88. Orxan Qurbanlı, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 9. Mirsahib Abbasov, 27. Hendrik Ekşteyn, 19. Ruslan Hacıyev, 30. Murad Qayalı, 79. Əli Sadıxov
Baş məşqçi: Aftandil Hacıyev
"Qarabağ”: 12. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 2. Qara Qarayev, 14. Rəşad Sadıqov (k), 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 8. Markos Madera, 17. Abdullah Zubir, 9. Xayme Romero, 3. Ailton Silva, 18. İsmayıl İbrahimli
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 94. Nicat Mehbalıyev, 30. Abbas Hüseynov, 7. Araz Abdullayev, 19. Filip Ozobiç, 99. Maqaye Qeye, 23. Faysal Rerras, 27. Kvabena Ovusu, 21. Hacıağa Hacılı, 24. Nihad Tamazov, 71. Toral Bayramov, 29. Musa Qurbanlı
Baş məşqçi: Qurban Qurbanov
"ASCO Arena”

15:00. "Qəbələ” – "Keşlə” - 1:2
Qollar: Juniç, 60 - Boyoviç, 35, Məza Kolli, 40
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Rauf Allahverdiyev
"Qəbələ”: 94. Tərlan Əhmədli, 11. Asif Məmmədov (k), 74. Yusif Nəbiyev, 4. Sadiq Quliyev, 9. Ehtiram Şahverdiyev, 3. İviça Zuniç, 10. Klesio Bauk, 77. Merab Qiqauri, 21. Fernan Lopez, 19. Rövlan Muradov, 2. Amin Seydiyev
Ehtiyat oyunçular: 33. Müşfiq Nadirov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 12. Abdelrafik Cerard, 55. İdris İnqilablı, 27. Samir Məhərrəmli
Baş məşqçi: Azər Bağırov
"Keşlə”: 1. Stanislav Namaşko, 4. Slavik Alxasov (k), 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov, 22. Əfran İsmayılov, 25. Con Kamara, 21. Miyusko Boyoviç, 5. Franko Flores, 10. Sezar Meza Kolli, 9. Lorenzo Frutos, 7. Tural Bayramlı
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 33. Tərlan Quliyev, 3. Cabir Əmirli, 18. Ruslan Əmircanov, 19. Azər Salahlı, 42. Aleksandr Kristova, 30. Şaxruh Qadoyev, 90. Orxan Fərəcov, 97. Xəzər Mahmudov
Baş məşqçi: Tərlan Əhmədov

Qəbələ şəhər stadionu

1

Qarabağ

15

10

4

1

25-7

34

2

Keşlə

15

7

5

3

20-13

26

3

Neftçi

15

7

5

3

23-12

26

4

Zirə

15

5

5

5

20-22

20

5

Sumqayıt

15

5

4

6

19-21

19

6

Sabah

15

3

4

8

14-20

13

7

Qəbələ

15

3

4

8

15-26

13

8

Səbail

15

3

3

9

10-25

12

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300