Müsavat başqanının bayram təbriki

 

Müsavat Partiyasının başqanı Arif Hacılı 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edib.

 

Təbrikdə deyilir:

"Əziz həmvətənlərim!

Sizi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edir, qarşıdan gələn 2020-ci ilin hər kəs üçün uğurlu olmasını arzulayıram.

31 dekabr 1989-cu ildə Araz çayı boyunca uzanan və bizi cənublu soydaşlarımızdan ayıran tikanlı məftillərin sökülməsi 88-ci ildə başlayan xalq hərəkatının gedişində mühüm mərhələ oldu. Bu hadisə Bütöv Azərbaycan ideyasının rəmzinə çevrildi. Həmin gün xalqımız üçün ən əziz bayramlarından birinə çevirib.1992-ci prezident Əbülfəz Elçibəyin təşəbbüsü ilə Milli Məclisin qəbul etdiyi qanun əsasında 31 dekabr Dövlət bayramı – Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi rəsmiləşdirildi. Ərazilərimizin işğalına qarşı apardığımız mübarizə, istiqlal, azadlıq, Bütöv Azərbaycan şüarlarının 70 illik fasilədən sonra yenidən açıq şəkildə irəli sürülməsi bütün dünyada geniş əks-səda doğurdu.

Şimali Azərbaycanda vüsət alan ümummilli hərəkat o zaman dünya azərbaycanlılarında, ilk növbədə isə Güney Azərbaycanda yaşayan milyonlarla soydaşlarımızda böyük ruh yüksəkliyi yaratdı.

Qarşıdan həm də Yeni İl bayramı gəlir. Təəssüf ki, hakimiyyətin xalqın mənafelərini əks etdirməyən siyasət nəticəsində yola saldığımız il də dövlətimiz üçün itirilmiş illərdən biri oldu. Bu il də ərazi bütövlüyümüzün təmin olunmsı istiqamətində irəliləyiş baş vermədi. Əksinə bu il Qarabağın işğaldan olunmasının daha da çətinləşdiyi növbəti illərdən biri oldu.

Bu il də xalqın güzəranının yaxşılaşması üçün vəd olunan islahatlar həyata keçirilmədi. Fundamental insan haqları yenə pozuldu. Siyasi məhbusların sayı artdı. Bu vəziyyəti dəyişmək, ölkədə hüquqi dövlət, demokratik cəmiyyət qurmaq, həm siyasi, həm iqtisadi sahədə bərabər imkanların tanınmasına nail olmaq bir toplum olaraq bizdən, bizim fəallığımızdan asılıdır. Odur ki, üzümüzə gələn Yeni 2020-ci ildə hər bir vətəndaşımızı, bütövlükdə xalqımızı fəallığa, öz taleyinə sahib çıxmaq naminə fədakar mübarizəyə çağırıram.

Əziz həmvətənlər!

Bir daha sizi qarşıdan gələn bayramlar münasibəti ilə təbrik edir, sizə uğurlu, xoşbəxt illər arzulayır, hamınızı layiqli gələcəyimiz naminə birliyə, həmrəyliyə çağırıram”.

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300