Metro polisi qatar yoluna pirotexniki vasitə atan 3 nəfəri saxlayıb

 

Bakı Metropolitenində polis şöbəsinin əməkdaşları, metronun "28 May” stansiyasında qatar yoluna pirotexniki vasitə atan şəxsləri saxlayıb.

"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Report”a bildirib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törədən 1998-ci il təvəllüdlü, Yardımlı rayon sakini Vüqar Hüseynli, 1996-cı il təvəllüdlü, Abşeron rayonu, Ceyranbatan qəsəbə sakini Şahin Abbasov və 1998-ci il təvəllüdlü, Zəngilan rayon sakini Rövşən Məmmədov saxlanılıb.

"Bakı Metropoliteni paytaxt sərnişinlərə xəbərdarlıq edir ki, metropolitenin istifadə qaydalarına riayət etsinlər. Əks təqdirdə digər sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görüləcəkdir”- deyə qurum rəsmisi əlavə edib.


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300