Uşaqlarımızı yavaş-yavaş əlimizdən alan səbəb

Kolorado Universitetinin alimləri atmosferdəki karbon qazının insanların intellektlərinə mənfi təsir göstərə biləcəyini sübut ediblər.

 

Eurasia Diary-nin məlumatına götə, bu barədə Phys.org-da dərc olunan press-relizdə bildirilir.

 

Tədqiqatçılar artan karbon dioksid səviyyəsinin sinifdə uşaqların təhsilinə necə təsir etdiyini araşdırıblar. Əvvəlki təcrübələr göstərirdi ki, qazın yüksək konsentrasiyası, həqiqətən, zehni qabiliyyətlərə təsir göstərir, lakin otağı havalandırmaqla problem asanlıqla həll edilə bilər.

 

Ancaq tərkibində çox miqdarda karbon qazı olan təmiz havanın təsiri məlum deyildi.

 

Mütəxəssislər iki ssenarini nəzərdən keçiriblər. Birincidə bəşəriyyət atmosferə atılan istixana qazının miqdarını azaldır, ikincidə tullantılar dəyişməz olaraq qalır. Məlum olub ki, hər bir halda uşaqların zehni qabiliyyəti azalır. Alimlərin proqnozlarına görə, 2100-cü ilə qədər intellektin azalması ən yaxşı halda 25 faiz, ən pis halda isə 50 faiz olacaq.

 

Qeyd edək ki, intellekt səviyyəsinin azalması insanın sərbəst hərəkətinə, düşünməsinə, iş qabiliyyətinə böyük ölçüdə təsir göstərir. Yəni gələcək nəsildə doğulacaq uşaqlar dolayısı ilə yuxarıda sadalananlarla üzləşmək nəcburiyyətində qalacaqlar. (oxu.az)

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300