Denis Silvanın yeni klubu məlum oldu

 

Ölkəmizdə "Neftçi”, "Xəzər Lənkəran” və "Keşlə”də oynamış Denis Silvanın yeni klubu məlum olub.

Qol.az xəbər verir ki, braziliyalı müdafiəçi karyerasını ölkəsində davam etdirəcək.

33 yaşlı futbolçu Paulista A-2 seriyasında çıxış edən "San Kaetano"a keçib. Məlumatı klubun rəsmi saytı yayıb.

Denis Silva keçidi ilə bağlı təəssüratlarını da bölüşüb: "Demək olar ki, 11 il idi ölkəmdən uzaq idim. Böyük hesab etdiyim klubda oynamaq üçün Braziliyaya qayıtmaq gözəl hissdir. Burada öyrəşdiyim futboldan fərqli oyun ortaya qoyacam. Sürətliyəm, fiziki gücüm yerindədir, müdafiəçidən tələb olunan hava toplarında yaxşıyam. "San Kaetano"ya kömək etmək üçün əlimdən gələni edəcəm".

Qeyd edək ki, Denis Silva Kruz bu ilin yayında "Keşlə”dən ayrıldıqdan sonra klubsuz idi.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300