Rusiya Dağlıq Qarabağ konfliktininindondurulmasının tərəfdarıdır- Tarasov

 

Rusiya Dağlıq Qarabağ konfliktininin dondurulmasının tərəfdarıdır, çünki başqa variant yoxdur.

Axar.az xəbər verir ki, bunu "168 Jam” qəzetinə müsahibəsində rusiyalı politoloq Stanislav Tarasov deyib. Tarasovun sözlərinə görə, Azərbaycan "Lavrov planı” haqqında danışarkən Qarabağın həllinin Moskvanın əlində olduğunu düşünür, amma bu, həqiqət deyil.

Rus ekspert, həmçinin, Paşinyan hakimiyyətini də tənqid edib:

"Nalbəndyan nazir olanda "köhnə qvardiya” oyun oynayırdı. O zaman biz gözləyirdik ki, Paşinyanın komandası olan inqilabçılar, demokratlar danışıqlarda nə baş verəcəyini deyəcəklər. Deyin görək, nədən qorxursunuz? Erməni xalqından? Deyin görək, 3-4 saat konkret olaraq nədən danışırsınız?”

Qeyd edək ki, Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov Ermənistanla danışıqlarda konkret bəndlərin müzakirə edildiyini və gündəmdə Qarabağ konfliktinin mərhələli həllinin olduğunu bildirmişdi. O, Bratislavadakı son danışıqların sərt olduğunu və tərəflərin öz qırımızı xətlərini təqdim etdiklərini söyləmişdi.

Erməni tərəfi isə belə müzakirənin getdiyini təkzib etmişdi.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300