"Qarabağ" avrokubokları ən azı 10 milyon manat qazancla başa vurub

 

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin VI tur matçında Lüksemburq "Düdelanj"ı ilə Bakıdakı 1:1 hesablı heç-heçəyə görə UEFA-dan 190 min avro mükafat alacaq.

"Report" xəbər verir ki, Avropa futbol qurumu yarışın qrup mərhələsində hər bərabərlik üçün bu qədər ödəniş edir. "Qarabağ" Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandığı üçün 2,92 milyon avro mükafat da əldə edib. Həmçinin Lüksemburqda "Düdelanj" üzərində 4:1 hesablı qələbəyə görə 570 min avro, Kipr APOEL-i ilə Bakıda 2:2-lik bərabərlik üçün isə 190 min avro irəli düşüb.

Üstəlik, Ağdam təmsilçisi cari mövsümdə Çempionlar Liqasında (ÇL) ilk 3 təsnifat mərhələsində iştirak üçün həmrəylik ödənişindən müvafiq olaraq 280 min avro, 380 min avro və 480 min avro, yəni ümumilikdə 1 milyon 140 min avro qazanıb.

Beləliklə, Ağdam təmsilçisinin 2019/2020 mövsümü üçün qazancı 5 milyon 10 min avroya (10 milyon manatdan çox) çatıb. Lakin bu, yekun məbləğ deyil. UEFA heç-heçələrdən qalan əlavə məbləği (hər bir bərabərlikdən sonra 190 min avro qalır) qrup mərhələsinin iştirakçıları arasında qələbə sayına uyğun böləcək.

Qeyd edək ki, Avropa Liqasında qrup qalibləri hərəyə 1 milyon avro, ikinci yeri tutanlar 500 min avro alacaqlar. Pley-offa çıxanlar əlavə 500 min avro, 1/8 final iştirakçıları 1,1 milyon avro, 1/4 finalçılar 1,5 milyon avro, yarımfinalçılar 2,4 milyon avro, finalçılar hərəyə 4,5 milyon avro, qalib 4 milyon avro qazanacaq.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300