Seçki nəticəsi 2019: Mühafizəkarlar parlamentdə əsas çoxluğu əldə edib

 

Cümə axşamı Britaniyada keçirilən seçkilərdə ən çox səslə Mühafizəkarlar Partiyası 326 yerlə böyük çoxluğu əldə edib.

BBC Boris Johnsonun 74 səs çoxluğu ilə "Downing Street"-ə qayıdacağını proqnozlaşdırır.

Baş nazir bunun ona "Brexit-i hazırlamaq" və İngiltərəni gələn ay Avropa İttifaqından çıxarmaq üçün bir səlahiyyət verəcəyini söyləyib.

Jeremy Corbyn leyboristlər üçün "çox məyus gecə olduğunu" və gələcək seçkilərdə onlara rəhbərlik etməyəcəyini söyləyib. Ancaq getməzdən öncə bir müddət qalmaq istəyir. Partiyasından bir çoxu isə onun dərhal getməsini istəyir.

Leyboristlər 2016-cı ildən indiyə kimi Şimal, Mərkəz və Wales-də çoxlu yer itirib.

BBC Britaniyada keçirilmiş seçkilərdə Mühafizəkarların 362, leyboristlərin isə 199 yerlə qələbə qazanacağını proqnozlaşdırmışdı.

Seçkinin son nəticələrinə görə, Mühafizəkarlar 43,2 faiz, leybristlər 32,9 faiz, liberal demokratlar 11, Şotlandiya Milli Partiyası 3,9, Yaşıllar 2,7 və Brexit Partiyası 2,1 səs toplayıb.

Liberal Demokratların lideri Jo Swinson Şərqi Dunbartonshire əyalətində yerini 149 səslə Şotlandiya Milli Partiyasına verməli olub.

Rəqəmlər Tory-lər üçün üçün proqnozlaşdırıldığı kimi olsa, bazar ertəsi günü ediləcək kiçik bir dəyişikliklə Brexit qanun layihəsi gələn cümə günü millət vəkillərindən əvvəl "gedəcək".

Tory-lər seçkidə Blyth, Darlington və Workington kimi keçmiş leyboristlərin ənənəvi yerlərini əldə ediblər.

Sorğu nəticələrinə görə, Parlamentdə leyboristlər 191, Liberal-demokratlar 13, Şotlandiya Milli Partiyası (SNP) 50, Plaid Cumru 3, Yaşıllar bir yer qazana bilər.

Bundan başqa, müstəqil olaraq qatılan 19 nəfər də yetərli səs toplaya bilib.

Seçkidə son rəqəmlər isə cümə günü günorta bəyan edilməlidir.

Cümə axşamı günü Böyük Britaniyada ümumi seçkilər keçirilib.

Britaniyalılar təxminən son 5 ildə üçüncü dəfədir ki, seçkilərdə iştirak edib.

Seçki məntəqələri yerli vaxtla səhər saat 7-də açılıb və axşam saat 10-da bağlanıb.

Axşam saat 10-da, seçki məntəqələrinin bağlanmasından dərhal sonra nəticələrin hesablanmasına başlanılıb.

Kütləvi informasiya vasitələri seçki məntəqələrinin açıq olduğu müddətdə seçki kampaniyasının detalları və ya seçkilərlə bağlı məsələləri yayımlaya bilməzlər.

Seçkidə majoritar sistemlə 650 deputat seçilməlidir. Hər bir dairədə ən çox səs toplayan namizəd qalib hesab olunacaq.

Britaniyada seçkilər adətən dörd və ya beş ildən bir keçirilir. Lakin oktyabr ayında deputatlar növbədənkənar seçkilər keçirməyə səs veriblər.

Britaniyada seçkilərin qış mövsümündə keçirilməsi bundan əvvəl 1974-cü ildə baş verib. Dekabr ayında seçkilərin keçirilməsi isə təxminən 100 il əvvəl (1923) baş verib.

18 yaşından yuxarı Britaniya vətəndaşları, Birlik ölkələri və Şimali İrlandiyada yaşayan vətəndaşlar səsvermə hüququna malikdir. Onlar bunun üçün qeydiyyatdan keçməlidirlər (BBC Azərbaycan).

https://www.bbc.com/azeri/international-50756123

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300