AKP-nin rəqibi gəldi: Davudoğlu partiyasını təqdim etdi

 

Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu Ankaranın Bilkənd Otelində partiyasını ictimaiyyətə təqdim edib.

Axar.az xəbər verir ki, partiyasının adının Gələcək Partiyası olduğunu bildirən Davudoğlu bundan sonrakı dönəmdə tarixin və millətin önündə olduqlarını və ölkə üçün uğurlu gələcək formalaşdırmağa çalışdıqlarını söyləyib.

"Üç nəsil olaraq buradayıq. Fərqli yaşlardayıq, amma hamımız gəncik və gənc qalacağıq. Fərqli inanclara mənsub, fərqli etnik köklərdən gələn, ancaq bu əziz torpaqları vətən bilən toplumuq. Fərqli köklərdənik, amma hamımız bərabər və qürurlu Türkiyə Cümhuriyyəti vətəndaşlarıyıq. Dostlarımızla birlikdə tarixin və millətin önündəyik. Bütün təzyiqlərə və formalaşdırılmağa çalışan qorxu atmosferinə rəğmən, ölkəmizə uğurlu gələcək gətirmək üçün bir araya gəldik. Üç nəsil olaraq çox sancılar yaşadıq, çox problemlər gördük, amma nifrətə deyil, sevgiyə, qorxu deyil, ümidə motivasiya olmuşuq. Siyasətimizin təməl fəlsəfəsi ənənələrə bağlı müstəqillikdir. Ənənəyə bağlılığımız status-kvo deyil, müstəqilçilik anlayışımız isə ənənələrdən qopmaq demək deyil”, – deyə o bildirib.

Davudoğlunun partiyasının təsisçiləri siyahısında həmçinin önəmli şəxslərin yer aldığı bəlli olub. 154 nəfərdən ibarət təsisçilər sırasında AKP-nin İstanbul bölməsinin keçmiş rəhbəri Səlim Temurci, erməni yazar Etyen Mahçupyan, 15 İyul çevriliş cəhdində şəhid olan Ərol Olçokun həyat yoldaşı Nihal Olçok, jurnalist Hakan Albayraq, Ələvi Mədəniyyət Dərnəkləri rəhbəri Doğan Dəmir, "Milat qəzeti” yazarı Bayram Zilan, AKP-nin eks-üzvü professor Mustafa Baloğlu kimi şəxslər yer alıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300